Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Kasıba çörək yoxdursa, varlıya da dinclik yoxdur” – Kolumbiyada etirazlar niyə və necə başladı?

07 May 2021
“Kasıba çörək yoxdursa, varlıya da dinclik yoxdur” – Kolumbiyada etirazlar niyə və necə başladı?

Kolumbiyadakı etirazlardan. Foto: Camilo Erasso

Kolumbiyada 28 apreldən hökumətə qarşı etirazlar başlayıb. Getdikcə geniş vüsət alan etiraz dalğasına səbəb neoliberal siyasətini geniş şəkildə tətbiq edən sağçı İvan Duke hökuməti olub. O, pandemiya səbəbindən dərinləşən iqtisadi problemlərə həll yolu adı altında “Həmrəylik Qanunu”nu Konqresə təqdim edib. Əslində isə “vergi qanunu” olan bu addım xalqdan 6,3 milyard dollar toplamağı hədəfə qoyub. Qanun əsasən ƏDV-nin artırılmasına və vergi bazasının genişləndirilməsinə yönəlib. Etirazların qarşısını almaq üçün məhkəmə pandemiya səbəbiylə etirazların qadağan olunduğunu bildirib. Buna baxmayaraq, qadağa qərarı yüz minlərlə kolumbiyalı işçinin küçələrə çıxmasına mane olmayıb.

Etirazları kim təşkil edir: İşçi Sendikaları MərkəziMilli Əmək KonfederasiyasıKolumbiya Əməkçilər FederasiyasıKamaz Sürücüləri Təşkilatıİşçi Sendikaları Mərkəzinin təxminən 700.000 üzvü var.

  • Hökumətin vergi islahatı ilə bağlı geri addım atsa da etirazlar dayanmır. Buna səbəb isə işçilərin bütün tələblərinin icra edilməməsidir.
Kolumbiyadakı etirazlardan. Foto:Maria Jose Gonzalez Beltran

İşçilərin tələbləri nədir:

  • Demokratik hüquq və azadlıqların təminatı
  • Hərəkət və etiraz hüququnun konstitusiya təminatı
  • Şəhərlərin hərbiləşdirilməsinə son qoyulması
  • Qətliamların dayandırılması, cavabdehləri cəzalandırılması
  • Hər kəs üçün minimum əmək haqqı səviyyəsində aylıq əsas gəlirin təmin edilməsi
  • ESMAD polis gücünün dağıdılması
  • Milli kənd təsərrüfatının, sənayenin, sənətkarların və fermerlərin müdafiəsi
  • Cinsi və etnik kimliyə qarşı ayrıseçkiliyə son qoyulması

Həbs, saxlanılma, ölümlər: 1 polis, 18 mülki şəxs olmaqla, ən az 19 nəfər ölüb. Azı 800 nəfərin yaralandığı açıqlanıb. 431 nəfər polis tərəfindən saxlanıb, 87 nəfərin isə itkin olduğu bildirilir.

“Francisco Isaías” İnsan Hüquqları Şəbəkəsinin açıqlamasına görə, yalnız Kali şəhərində polis 14 nəfəri öldürülüb. “Temblores” təşkilatı da ən az 10 ölüm, 68 fiziki zorakılıq , 655 əsassız həbs, 8 nəfərin gözlərindən yaralandığı, 18 güllə yarası və 4 cinsi istismar hadisəsinin yaşandığı bildirilib.

Hökumətin atdığı addımlar: Hökumətin ilk cavabı xüsusi polis qüvvələri olan ESMAD-ı dinc etirazlara göndərməsi oldu. Nəticədə toqquşmalar yaşandı. Polis gücü etirazlara son qoya bilmədi. Prezident İvan Duke, qanun layihəsini parlamentdən geri çəkdiklərini açıqladı. Bununla birlikdə Duque, həmkarlar ittifaqları və ictimai təşkilatlarla görüşərək yeni bir qanun hazırlayacaqlarını da bildirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia