Bazar ertəsi, 17 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bayram Məmmədovun ölümüylə bağlı son sutkada nələr baş verib?

10 May 2021

İctimai fəal Bayram Məmmədovun müəmmalı ölümünə etiraz olaraq Bakıda divarlara “Qul Bayramınız mübarək”, “Bayram yoldaş ölümsüzdür”, “Bayrama nə oldu?” kimi şüarlar yazılıb.

Bakı! Bayram Məmmədovun ölümü ilə bağlı divar yazıları. #BayramaNeOldu pic.twitter.com/w2qP55R2We

— Mikroskop Media (@MikroskopMedia) May 10, 2021

Çexiyadakı Azərbaycan səfirliyinin qarşısına plakat asılıb.

Çexiyadakı Azərbaycan səfirliyinin qarşısı.

İstanbulda “Bayramın qatili dövlətdir” şüarları yazılıb.

İstanbulda Bayram Məmmədovun ölümü ilə bağlı yazılan şüarlar! #BayramaNeOldu pic.twitter.com/9x2pmA1npz

— Mikroskop Media (@MikroskopMedia) May 9, 2021

Bir qrup azərbaycanlı Berlindəki Türkiyə və Azərbaycan səfirlikləri önündə aksiya keçirib.

Nə baş verib: Türkiyədə yaşayan B. Məmmədov 2 maydan etibarən yoxa çıxıb. 5 mayda onun dənizdən ölü tapılması barədə dostlarına xəbər verilib. Mayın 9-da isə Bakıda dəfn edilib.

Rəsmi açıqlamada nə deyilir: Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov dənizə düşən başmaqlarını götürmək üçün suya atlayıb və bir qədər çırpındıqdan sonra gözdən itib.

Bayramın ölümü niyə suallar yaradır: Polisin rəsmi açıqlaması ilə üst-üstə düşməyən məqamlar var. Polis B. Məmmədovun üzə bilmədiyini desə də, dostları əksinə yaxşı üzə bildiyini iddia edir. Yaxınları və dostları onun ölümünün ciddi araşdırılmasını tələb edir.

Bayramın ölümünə reaksiyalar: Bir qrup gənc ölümün ədalətli araşdırılması üçün #BayramaNeOldu , #VideoKayıtlarıİstiyoruz heştəqləri ilə “Twitter”da kampaniya başladıb.

Bayram Məmmədov kimdir: 2016-ci il mayın 9-dan 10-na keçən gecə Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazıb. Daha sonra onların hər ikisi narkotik ittihamı ilə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. “Amnesty International” təşkilatı fəalları “vicdan məhbusu” elan edib. Hər iki fəal 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia