Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bayram Məmmədovun ölümü ilə bağlı Berlində Türkiyə Səfirliyi önündə aksiya keçirilib

Bayram Məmmədovun ölümü ilə bağlı Berlində Türkiyə Səfirliyi önündə aksiya keçirilib

Aksiya üçün Berlində Türkiyə Səfirliyi önündə toplaşan gənclər. May, 2021/Foto: mikroskopmedia

Mayın 17-də Berlində Türkiyə Səfirliyi önündə fəallar Bayram Məmmədovun ölümü ilə bağlı aksiya keçirib. Onlar Bayram Məmmədovun ölümünün qısa vaxtda ədalətli araşdırılmasını tələb edib. Onlar “Bayrama Ne Oldu? Kanıt istiyoruz!”, “Bayramın hesabı sorulacak! İsyanın dönüşü büyük olacak”, “Tükiye, video kayıtlar nerede?!” şüarları səsləndirib. Daha sonra aksiya iştirakçıları alman və türk dillərində qətnaməni oxuyub.

Nə tələb edirlər: Fəallar qətnamədə Bayramın fəaliyyəti və həbsi barədə məlumat verib, eləcə də tələblərini səsləndirib:

  • Bayram Məmmədovun ölümünü qısa vaxtda ədalətli şəkildə araşdırılsın
  • Yaşadığı evdən başlayaraq hərəkət etdiyi istiqamət üzrə kamera görüntüləri ictimaiyyətə aşıqlansın
  • Hadisə şahidlərinin polisə verdikləri ifadələrdəki təzadlara aydınlıq gətirilsin
  • Tibbi ekspertiza rəyi ictimaiyyətə açıqlansın
  • Bayram Məmmədovun ölümündə Azərbaycan hökumətinin əlinin olub-olmadığının araşdırılsın
Bayram Məmmədovun ölümü ilə bağlı Türkiyə Səfirliyi önündə keçirilən aksiya. May, 2021/foto:mikroskopmedia

Nə baş verib: Türkiyədə yaşayan B. Məmmədov 2 maydan etibarən yoxa çıxıb. 5 mayda onun dənizdən ölü tapılması barədə dostlarına xəbər verilib. Mayın 9-da isə Bakıda dəfn edilib.

Rəsmi açıqlamada nə deyilir: Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov dənizə düşən başmaqlarını götürmək üçün suya atlayıb və bir qədər çırpındıqdan sonra gözdən itib.

Bayramın ölümü niyə suallar yaradır: Polisin rəsmi açıqlaması ilə üst-üstə düşməyən məqamlar var. Polis B. Məmmədovun üzə bilmədiyini desə də, dostları əksinə yaxşı üzə bildiyini iddia edir. Yaxınları və dostları onun ölümünün ciddi araşdırılmasını tələb edir.

Bayramın ölümünə reaksiyalar: Bir qrup gənc ölümün ədalətli araşdırılması üçün #BayramaNeOldu, #VideoKayıtlarıİstiyoruz heştəqləri ilə “Twitter”da kampaniya başladıb.

Bayram Məmmədov kimdir: 2016-ci il mayın 9-dan 10-na keçən gecə Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazıb. Daha sonra onların hər ikisi narkotik ittihamı ilə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. “Amnesty International” təşkilatı fəalları “vicdan məhbusu” elan edib. Hər iki fəal 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia