Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda azərbaycanlılar niyə aksiya keçirir?

17 May 2021
Gürcüstanda azərbaycanlılar niyə aksiya keçirir?

Gürcüstandakı aksiyadan görüntü. Foto: Marneuli FM / screenshot

17 mayda Gürcüstanın Dmanisi rayonunun mərkəzində azərbaycanlı sakinlər aksiya keçirib. Aksiyaya səbəb Gürcüstanda azərbaycanlılara qarşı kütləvi hücum hallarının baş verməsi olub.

Etirazçılar ötən gün kütləvi hücumun olduğu mağazanın yaxınlığında toplaşıblar. İştirakçılar bunun etnik zəmində baş verdiyini iddia edir.

Onlar bu cür halların Dmanisidə tez-tez baş verdiyini bildiriblər. Aksiya iştirakçıları aidiyyəti dövlət qurumlarını insidentlə bağlı müvafiq ölçü götürməyi və günahkarların cəzalandırılmasını tələb edirlər.

Nə baş verib: 16 mayda Gürcüstanın Dmanisi rayonunda kütləvi dava olub. İnsident azərbaycanlıya məxsus mağazada baş verib. Tərəflər mübahisə ediblər və daha sonra kütləvi şəkildə mağazaya hücum olub. Otuza yaxın şəxsin iştirak etdiyi dava zamanı bir neçə nəfərin ağır xəsarətlər aldığı bildirilir. Xəsarət alanlar arasında mağaza sahibinin qohumları da var. Qarşıdurmaya səbəb kimi marketdə nisyə pivə satılmaması olub.

Rəsmi açıqlama: “Dmanisidə baş vermiş insidentlə bağlı axtarış-əməliyyat və istintaq tədbirləri davam etdirilir”. Bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında deyib. O, istintaqın zorakılıq maddəsi üzrə aparıldığını bildirib: “Hadisədə iştirak edən şəxslər müəyyən ediləcək və barələrində müvafiq tədbirlər görüləcək”. Nazir müavini insidentin bütün detallarının istintaq zamanı müəyyən ediləcəyini qeyd edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia