Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AİHM Azərbaycanla bağlı 2 işi araşdırmağa başlayıb

18 May 2021
AİHM Azərbaycanla bağlı 2 işi araşdırmağa başlayıb

İllustrasiya: mikroskop media

17 Mayda Avropa İnsan Haqları Məhkəməsi ifadə azadlığı hüququnun pozuntusuna dair Azərbaycandan göndərilən iki işi araşdırmağa başlayıb.

Birinci iş “Azadlıq” qəzetinin şikayəti, ikincisi isə radio lisenziyası almaqla bağlıdır.

AİHM hər iki işlə bağlı hökumətə aydınlaşdırıcı suallar göndərib.

“Azadlıq” qəzetinin şikayəti: 2013-cü ildə  “Azadlıq” qəzeti  metroda kart sisteminə keçilən zamanlarda “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalə yayıb. Məqalədə Bakı Metropolitenində gediş haqlarının artırılması və sərnişinlərin kartlarına yatırdıqları pulun az miqdarda yoxa çıxmasından bəhs edilib. Sözügedən məqalədə Bakı Metropoliteni rəhbərinin həmin vəsaitləri mənimsədiyi iddia olunurdu. Metropoliten rəhbəri məqalədəki bilgilərin yanlış olduğunu, onun reputasiyasına xələl gətirdiyini iddia edərək mənəvi zərərə görə təzminat tələb edib və qəzeti məhkəməyə verib. Milli məhkəmələr isə iddianı təmin edib, qəzetin üzərinə məqalədəki informasiyaları təkzib etmək və iddiaçıya 30.000 manat (həmin vaxt təxminən 30.000 avro) təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul edib.

Radio lisenziyası ilə bağlı şikayət: Radio yayım imkanı bağlı olan ikinci işdə isə 10 il əvvəl hüquq müdafiəçisi Rəsul Cəfərov bir neçə həmkarı ilə birgə (“Alternativ Radio” üçün) Teleradio Şurasının elan etdiyi radio-lisenziya tenderinə qatılıb. Lakin lisenziyanı onlara verməyiblər. Milli məhkəmələr də tenderin nəticələrini qanuni sayıb. Bu işdə də tenderin nəticələrinin ifadə azadlığı hüququna müdaxilə təşkil etdiyi iddia olunub.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia