Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökuməti 118 min avro cərimələnib. Təkcə Aleksandr Lapşinə 30 min avro ödənəcək

20 May 2021
Azərbaycan hökuməti 118 min avro cərimələnib. Təkcə Aleksandr Lapşinə 30 min avro ödənəcək

İllustrasiya: mikroskop media

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 20 mayda Azərbaycanla bağlı 4 qərarını elan edib.

Bu işlər birləşmək hüququnun pozuntusu iddiaları və 2017-ci ildə həbs edilmiş bloqer Aleksandr Lapşinin şikayəti ilə bağlıdır.

“Mehman Əliyev və başqaları Azərbaycana qarşı” işində AİHM hesab edib ki, ərizəçilərə münasibətdə birləşmək azadlığı hüququ pozulub. Qərara əsasən hökümət 12 işdə ərizəçilərin hər birinə 4500 avro, hüquqi xərclərə görə isə ümumilikdə 6000 avro ödəməlidir.

  • Şikayət: Mehman Əliyev 2009-cu ildə Samir İsmayılov və Emin Hüseynovla birlikdə “Media Monitorinq Institutu”nu təsis etsələr də Ədliyyə Nazirliyi həmin birliyi qeydiyyata almayıb. Yerli məhkəmələr də bunu qanuni sayıb.

“Elçin Abdullayev və başqaları Azərbaycana qarşı” işində məhkəmə ərizəçilərin birləşmək hüququnun pozulduğuna qərar verib. Qərara görə, hökumət ərizəçilərə ümumilikdə 28060 avro ödəməlidir.

  • Şikayət: “HİV/AİDS və Vərəmli Xəstələrin Reabilitasiya və Müdafiə Mərkəzi” təşkilatı dövlət qeydiyyatına alınmayıb. Ədliyyə Nazirliyinə qanuna müvafiq şəkildə müraciət edilsə də qeydiyyatdan imtina olunub. Yerli məhkəmələr nazirliyin qərarını haqlı sayıblar.

“Aleksandr Lapşin Azərbaycana qarşı” işində isə AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.

  • Şikayət: İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan ərizəçinin Azərbaycanın Dağlıq Qarabaş bölgəsinə qanunsuz daxil olması iddiası ilə saxlanılması, həbs edilməsi, azadlıqdan məhrum olunması zamanı baş verən olaylar. Ərizəçi yaşamaq və azadlıq-toxunulmazlıq hüququna müdaxilə olunduğunu bildirib.

“Elçin Məmməd Azərbaycana qarşı” işində isə AİHM bu şikayətin qəbuledilməz olmasına qərar verib.

  • Şikayət: “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” birliyinin dövlət qeydiyyatına alınmasından imtina edildiyi bildirilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia