Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yaqut Qarayeva açıq havada maska taxılması və toyların keçirilməsi barədə danışıb

20 May 2021

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AZTV-yə verdiyi müsahibədə karantinlə bağlı bəzi qərarların elan olunacağı deyib. Bildirib ki, açıq havada maskadan istifadə ləğv edilə bilər. Lakin onu da deyib ki, bu həkim olaraq onun şəxsi düşüncələridir.

Azərbaycanda açıq havada maskadan istifadənin ləğvi ilə bağlı qərar yaxın vaxtlarda elan oluna bilər. Bununla bağlı qaydalar hazırlanır. Amma gözləmək və rəsmi açıqlamaları gözləmək lazımdır.

Yaqut Qarayeva

Yaqut Qarayeva onu da deyib ki, toyların pandemiya şəraitində təşkil edilməsi ilə bağlı da qaydalar hazırlanır:

Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır.

Yaqut Qarayeva

Günə yaxşı xəbərlə başlayaq✌️
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyir ki, açıq havada maskadan istifadə qadağası ləğv oluna bilər. pic.twitter.com/hWjT3LfDVv

— Mikroskop Media (@MikroskopMedia) May 20, 2021

Nə baş verib: Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən il 19 noyabrda imzaladığı qərara əsasən, Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. Qərar 2020-ci il 21 noyabr tarixində qüvvəyə minib. Ölkə ərazisində 2020-ci il 14 mart 00:00-dan etibarən 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia