Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

NEXTA Telegram kanalının keçmiş baş redaktoru həbs edilib. Onun olduğu təyyarə Minskə eniş etməyə məcbur edilib

23 May 2021
NEXTA Telegram kanalının keçmiş baş redaktoru həbs edilib. Onun olduğu təyyarə Minskə eniş etməyə məcbur edilib

Roman Protaseviç. Foto: şəxsi arxiv / facebook

“Ryanair” hava yolu şirkətinə məxsus təyyarə Afinadan Vilnüsə uçuş zamanı Minsk hava limanında məcburi eniş edib və NEXTA telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviç saxlanılıb. “Dojd TV” yazır ki, hava limanının mətbuat xidmətinin məlumatına görə, məcburi enişin səbəbi təyyarədə bomba olması barədə məlumat verilməsidir, amma bu, təsdiqlənməyib.

Uçuşdan öncə Roman Protaseviç izləndiyini hiss edib və bu barədə həmkarlarına məlumat verib.

Təyyarə necə eniş edib: Təyyarədə bomba olduğu barədə məlumat veriləndən sonra Belarus hava məkanında olan sərnişin təyyarəsi MiQ-19 təyyarələri tərəfindən müşayiət olunmağa başlayıb və bundan sonra məcburi eniş edib. Litva hökuməti və Vilnüs hava limanı isə təyyarə ilə baş verənləri anlamadıqlarını açıqlayıblar.
Təyyarə enəndən dərhal sonra isə sərnişinlər R. Protaseviçin həbs olunduğunu görüb.

Roman Protaseviçi nə gözləyir: Svetlana Tixanovskayanın məsləhətçisi Franak Vyaçorka “Dojd”a deyib ki, normal enişə təxmini 10 dəqiqə qalmış təyyarə Minskə geri qayıdıb və əslində Vilnüsə məsafəsi daha yaxın olub. F. Vyaçorka vurğulayıb ki, keçmiş baş redaktoru Belarusda ölüm hökmü gözləyir, o da NEXTA-nın təsisçisi Stepan Putilo kimi terrorçular siyahısında olub.

Belarus rəsmiləri nə deyir: Belarus Daxil İşlər Nazirliyi Protaseviçin Minsk hava limanında həbs olunmasını təsdiqləyib.

Svetlana Tixanovskaya nə deyir: Belarus prezident seçkilərində namizəd və seçilmiş prezident Svetlana Tixanovskaya jurnalistin azadlığa buraxdılmasını tələb edib və Belarusa sanksiya tətbiq edilməsi barədə çağırış edib. O həmçinin ICAO-dan (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) hadisənin araşdırılmasını tələb edib.
“Rejim jurnalist və fəal Roman Protaseviçi həbs etmək üçün Ryanairə məxsus təyyarəni Minskdə eniş etməyə məcbur edib. O, Belarusda ölüm hökmü ilə üz-üzədir. Biz onun dərhal azadlığa buraxılmasını. ICAO-nun hadisəni araşdırmasını və Belarusa sanksiya tətbiq edilməsini tələb edirik” – S.Tixanovskaya Twitter-də yazıb.

The regime forced the landing @Ryanair plane in Minsk to arrest journalist and activist Raman Pratasevich. He faces the death penalty in Belarus. We demand immediate release of Raman, @ICAO investigation, and sanctions against Belarus. pic.twitter.com/ondPBd0kU9

— Sviatlana Tsikhanouskaya (@Tsihanouskaya) May 23, 2021

NEXTA nədir: NEXTA Telegram kanalının redaksiyası Varşavada yerləşir. Kanal Belarusda ötən ilin avqustunda baş tutan prezident seçkilərindən sonra baş tutan etiraz aksiyaları ilə bağlı mütəmadi məlumat yayıb. Roman Protaseviç ötən ilin sentyabrından etibarən kanaldakı fəaliyyətini dayandırıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia