Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aleksandr Lukaşenko medianı nəzarətdə saxlayan qanun imzalayıb

24 May 2021
Aleksandr Lukaşenko medianı nəzarətdə saxlayan qanun imzalayıb

İllustrasiya: mikroskop media

27 ildir Belarusda hakimiyyətdə olan Aleksandr Lukaşenko medianı nəzarətə alan qanun imzalayıb. Qanuna əsasən mediada kütləvi aksiyaların real tarixlərinin yazılması qadağan edilib.

Bu barədə NEXTA Teleqram kanalında məlumat verilib.

Məlumatda göstərilir ki, Prezident milli təhlükəsizlik üçün təhdidlər olduğu təqdirdə, “səlahiyyətlilərə” telekommunikasiya şəbəkələrinin işini dayandırmaq hüququ verən bir qanun da imzalayıb.

Bəs indi rəsmi olaraq başqa nələrə icazə verilmir?

  • “Səlahiyyətli orqanlar”ın icazəsi olmadan kütləvi tədbirlər keçirmək, eyni zamanda aksiyaların təşkili və keçirilməsinə çağırış etmək;
  • Koordinasiya edilməmiş hərəkətləri efirdə işıqlandırmaq (jurnalistlər bunu edərsə, aksiyada iştirak etmiş kimi sayılacaq);
  • Kütləvi tədbirlərin keçirilməsi qaydalarının pozulmasına görə cərimə ödəmək üçün(ianə kamppaniyası) pul yığmaq(qazilər üçün pul yığma da qadağan olacaq);
  • Dövlətdən icazə almadan ictimai-siyasi mövzularda ictimai rəy sorğularını yayımlamaq qadağan edilib.

Nə baş verib: Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra rəsmi məlumata görə, Aleksandr Lukaşenko 6-cı dəfə prezident seçilib. Bundan sonra bütün ölkə boyu seçki nəticələrinə etiraz aksiyaları keçirilib. Həftələrlə davam edən etiraz aksiyalarında 30 mindən çox insan saxlanılıb və onların böyük qismi döyülüb.

Ölkə rəsmiləri nə deyib: Hakimiyyət rəsmiləri fiziki zorakılıqla bağlı iddiaları rədd edir və bu cür iddialar irəli sürən insanları Qərbin maliyyələşdirdiyi təxribatçı adlandırıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia