Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sanksiyalar, hava məkanından imtina. Belarusda jurnalistin həbsinə dünya necə reaksiya verir?

24 May 2021
Sanksiyalar, hava məkanından imtina. Belarusda jurnalistin həbsinə dünya necə reaksiya verir?

İllustrasiya: mikroskop media

Avropa Birliyi liderlərinin mayın 24-də keçiriləcək sammitində ötən gün saxlanılan jurnalist barədə müzakirələr ediləcək və Lukaşenko rejiminə qarşı sanksiyalar sərtləşdiriləcək.

Məsələ ilə əlaqədar Avropa Komissiyasının başçısı Ursula von der Leyen bloku Aleksandr Lukaşenko rejiminə sanksiyaları sərtləşdirməyə çağırıb. AB liderləri Beynəlxalq Mülki aviasiya Təşkilatını (ICAO) araşdırma aparmağa çağıracaq. Qurum bu insidenti Çikaqo Konvensiyası çərçivəsində beynəlxalq hava səyahəti qaydalarının mümkün pozuntusu adlandırıb. Bu hadisə kommersiya təyyarəsinin dövlətin sponsorluğu ilə ələ keçirilməsi hesab olunur.

ABŞ-ın reaksiyası: ABŞ Dövlət Katibi Entoni Blinken təyyarənin məcburi enişini  və içindəki şəxsin həbsini “şok edici bir hadisə” kimi dəyərləndirib və Roman Protaseviçin dərhal sərbəst buraxılmasını tələb edib. Blinken ABŞ Prezidenti Co Bayden rəhbərliyinin “atılacaq addımlar üçün müttəfiqləri ilə əməkdaşlıq etdiyini” bildirib. NATO Baş katibi Yens Stoltenberq hadisəni son dərəcə ciddi və təhlükəli olaraq xarakterizə edib və vurğulayıb ki, bununla bağlı beynəlxalq istintaq başlamalıdır.

ABŞ-ın Belarusdakı səfiri Culi Fişer “Ryanair” insidentini Lukaşenkonun beynəlxalq ictimaiyyətə “həqarət”inin nümunəsi adlandırıb.

Almaniya: Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi dərhal Belarus rəhbərliyindən izahat istədiklərini açıqlayıb.

Litva: Litva Prezidenti Gitanas Nauseda Protaseviçin həbsini pisləyib, “görünməmiş hadisə” adlandırıb, “bu çirkin addımın hərəkəti”n arxasında Belarus rejiminin durduğunu deyib. O həmçinin bu alətdən Belarusun hava məkanından keçən istənilən təyyarəyə qarşı istifadə oluna biləcəyini vurğulayıb. Onun sözlərinə görə, AB liderləri Brüssel sammitində Belarusun “dövlət səviyyəsində terror aktı”nı və “rejimə qarşı ciddi sanksiyaları” müzakirə edəcək.

Latviyanın AirBaltic hava yolu şirkəti isə Belarus hava məkanından istifadədən imtina etdiyini açıqlayıb. Şirkətin Latviyadan Gürcüstana uçan təyyarəsi Belarus yox, Rusiya üzərindən uçub.

⚡Latviyanın AirBaltic şirkəti Belarusun hava məkanından imtina edib.
🔥Bu gün Tbilisiyə uçan təyyarə Belarusun hava sərhədini keçmədən uçuşu həyata keçirib.
📌Dünən Ryanair-ə məxsus təyyarə Belarusa enməyə məcbur edilib və içində olan jurnalist Roman Protaseviç saxlanılıb. pic.twitter.com/pHvNHmpxqp

— Mikroskop Media (@MikroskopMedia) May 24, 2021

Nə baş verib: Mayın 23-də “Ryanair” hava yolu şirkətinə məxsus təyyarə Afinadan Vilnüsə uçuş zamanı Minsk hava limanında məcburi eniş edib və NEXTA telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviç saxlanılıb.

NEXTA nədir: NEXTA Telegram kanalının redaksiyası Varşavada yerləşir. Kanal Belarusda ötən ilin avqustunda baş tutan prezident seçkilərindən sonra baş tutan etiraz aksiyaları ilə bağlı mütəmadi məlumat yayıb. Roman Protaseviç ötən ilin sentyabrından etibarən kanaldakı fəaliyyətini dayandırıb.

Roman Protaseviçi nə gözləyir: Svetlana Tixanovskayanın məsləhətçisi F. Vyaçorka vurğulayıb ki, keçmiş baş redaktoru Belarusda ölüm hökmü gözləyir, o da NEXTA-nın təsisçisi Stepan Putilo kimi terrorçular siyahısında olub.

Belarus rəsmiləri nə deyir: Belarus Daxil İşlər Nazirliyi Protaseviçin Minsk hava limanında həbs olunmasını təsdiqləyib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia