Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda karantin rejimi yumşaldılır, COVID pasportu tətbiqinə başlanılır

25 May 2021

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. Birifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və Prezident köməkçisi Şahmar Mövsümov iştirak edib.

31 maydan etibarən:

  • açıq havada maska taxmaq tələbi ləğv edilir,
  • metronun fəaliyyəti bərpa edilir,
  • regionlara nəqliyyatın hərəkəti bərpa olunur.

10 iyundan etibarən:

  • ibadət yerlərinin,
  • idman zallarının ,
  • iri ticarət mərkəzlərinin və  çimərliklərin fəaliyyətinə icazə veriləcək.

Onun sözlərinə görə, müvafiq məhdudlaşmalar nəzərə alınmaqla açılma olacaq:

Təbii ki, yenə də maska, məsafə və say hədlərində məhdudiyyətlər olacaq.

Şahmar Mövsümov 

Şahmar Mövsümov deyir ki, vətəndaşlar üçün COVID pasportu sənədi hazırlanır.

Bəs bu sənəd nədir?

Sənəd COVID pasport adlanır. O iki sertifikatdan ibarətdir. Birinci sertifikat peyvənd olunma sertifikatıdır. Peyvəndin iki dozasını alanlara icaze.e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın E-TƏBİB vasitəsi ilə çıxışı olacaq. Eyni zamanda, icaze.e-gov.az portal vasitəsilə onu çap edib kağız formada özündə saxlaya biləcək. Hər iki sertifikatın üzərində QR kod var. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq edilmir. Ona görə immunitet sertifikatı COVID-19 pasportu kimi hesab olunur.

COVID-19 pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək:

İlkin olaraq bu pasportlar yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək. Yoluxma risklərinin azaldılması məqsədilə işçilərin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur. “Amma gələcəkdə COVID pasportu olan şəxslərin digər müəssisələrə də çıxışına icazə veriləcək. Burda söhbət konsert, teatr, toy və digər şənliklərdən gedir. Bu barədə əlavə məlumat veriləcək.

Şahmar Mövsümov

İşçilərinin sertifikatı olmayan obyektlər isə bağlana bilər. İdman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur. Şahmar Mövsümov bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq və həmin tarixdən adıçəkilən obyektlərin 80 faiz işçilərindən tələb olunan sənədlər olmasa həmin obyektlərə xəbərdarlıq ediləcək və hətta bağlana bilər:

Bu məsələ konsert, teatr, kinoteatr və şənlik salonlarına da aiddir. Gələcəkdə həmin obyektlərin xidmətindən istifadə etmək istəyənlərə təcili vaksinasiyadan keçməyi tövsiyə edərdim.

Prezident köməkçisi

Nə baş verib: Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən il 19 noyabrda imzaladığı qərara əsasən, Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. Qərar 2020-ci il 21 noyabr tarixində qüvvəyə minib. Ölkə ərazisində 2020-ci il 14 mart 00:00-dan etibarən 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia