Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Həlak olan hərbçinin həyat yoldaşı: “Danışmalıyam ki, səsimi duysunlar, mənə kömək etsinlər”

26 May 2021
Həlak olan hərbçinin həyat yoldaşı: “Danışmalıyam ki, səsimi duysunlar, mənə kömək etsinlər”

Həlak olan hərbçi ailəsinin təmirə ehtiyacı olan evi. foto: mikroskop media

Zəhra Bərxudarovanın həyat yoldaşı Toğrul Bərxudarov İkinci Qarabağ müharibəsi başlayandan qısa müddət sonra, 30 sentyabrda vəzifəsini icra edərkən həlak olub.

Z.Bərxudarova iki uşağıyla birgə hazırda kirayədə qalır və kirayə pulunu ödəməkdə çətinlik çəkir. O, deyir ki, yoldaşı sağ ikən ipoteka krediti ilə 41 kvadrat-metrlik ev alıblar. Ötən ilin avqustunda həmin evin mətbəxində elektrik xətləri normal işləmədiyindən yanğın baş verib və bundan sonra ev normal vəziyyətdə olmadığına görə, ailə kirayə ev tutub.    

Toğrul oktyabrın 10-da məzuniyyət götürüb gələcək və evimizi təmir etdirəcəkdi. Beləcə, evimizə köçəcəkdik. Elə oldu ki, 30 sentyabrda şəhid oldu. Toğrul artıq 8 aydır yoxdur və mən hələ də kirayədəyəm. Bizimlə heç kim maraqlanmır.

Zəhra Bərxudarova deyir ki, işsizdir və ona kömək edən yoxdur:  

İşsizəm, iki uşaqla kirayələrdə qalmışam. Təkəm, arxam-dayağım yoxdur. Mən kimə güvənəcəyəm? Hara müraciət edim? Artıq nə edəcəyimi özüm də bilmirəm. Heç istəməzdim ki, sınmış bir şəkildə danışım, amma mən buna məcburam. Danışmalıyam ki, səsimi duysunlar, mənə kömək etsinlər.

İcra başçısı deyib ki, yardım edə bilməz

Z.Bərxudarova Nəsimi Rayon İcra Hakimiyyəti və “ YAŞAT” fondunun məsələyə etinasız yanaşdığını deyir:

Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə getdim.  İcra başçısı Asif Əsgərov məni qəbul etdi. Ona dedim ki, hər  ay evin kirayəsinə 350 manat pul ödəyirəm. Kommunal xərclər var, uşaqlarım hazırlığa gedir və mən çətinlik çəkirəm. Mümkünsə, mənə yardım edin, evimi təmir edək, oraya köçə bilim. İcra Başçısı isə onların gücünün heç nəyə çatmadığını və “YAŞAT”  Fonduna müraciət etməyimi söylədi.

O, deyir ki, “YAŞAT” Fonduna da müraciət edib. Lakin fonddan qadına bildirilib ki, Bakı, Sumqayıt, Qobustan ərazisində olan şəhid ailələrinin  ev təmiri işinə baxmırlar və ona yardım edə bilməyəcəklər.

Mikroskop Media Nəsimi Rayon İcra Hakimiyyətinə zənglər etsə də, məsələylə bağlı qurumdan münasibət almaq mümkün olmayıb.

“YAŞAT” Fondu isə bu məsələ ilə bağlı bildirib ki, Bakı, Sumqayıt, Qobustan ərazisində olan şəhid ailələrinin ev təmiri işinə qurum tərəfindən baxılmır. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia