Şənbə, 17 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvan istiqamətindəki Azərbaycan mövqeləri atəşə tutulub

28 May 2021
Naxçıvan istiqamətindəki Azərbaycan mövqeləri atəşə tutulub

Foto: Azərbaycan Müdafiə Nazirliyi

Mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərə bir neçə istiqamətdə atəş açıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərə ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib və onun həyatı üçün heç bir təhlükə yoxdur.

MN bildirib ki, əməliyyat şəraiti Azərbaycan ordusunun tam nəzarəti altındadır.

Açıqlamada deyilir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Nə baş verib: 27 mayda Azərbaycan Müdafiə Nazirliyi 6 erməni hərbçisinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində təminat yoluna keçərək orada minalanma işləri apardığı və onların saxlanıldığı ilə bağlı məlumat yayıb. Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə deyib ki, hərbçilər sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə, xəbərdarlıq nişanları qoyaraq sərhədi minaladıqları zaman oğurlanıb. Hadisənin təfərrüatları ilə bağlı hər iki tərəf fərqli rəsmi açıqlamalar verib və bir-birlərini ittiham ediblər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia