Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qərbin tanımadığı və Bəşər Əsədin yenə qalib gəldiyi seçkilər barədə bilməli olduğun 5 detal

28 May 2021
Qərbin tanımadığı və Bəşər Əsədin yenə qalib gəldiyi seçkilər barədə bilməli olduğun 5 detal

Foto: Reuters

26 mayda Suriyada prezident seçkiləri keçirilib və 21 ildir vəzifədə olan Bəşər Əsəd seçkilərdə yenidən qalib gəlib. 55 yaşlı Suriya lideri, növbəti 7 il də ölkəni idarə edəcək. Seçkinin təfərrüatları ilə bağlı bilməli olduğunuz əsas məqamları təqdim edirik!

1

Seçkidə neçə namizəd iştirak edib?

Seçkilərdə dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparıb. Onlar hazırkı prezident Bəşər Əsəd, Sosialist Partiyasından deputat Abdulla Sallyum Abdulla və müxalifət nümayəndəsi Mahmud Əhməd Murai olub.

2

Seçkinin nəticəsi necə olub?

Suriyada 2000-ci ildən prezident postunu tutan Bəşşar Əsəd seçkilərdə 95,1% səs toplayıb və 7 il müddətinə dövlət başçısı seçilib. 

“RİA Novosti” bildirir ki, bu barədə ölkə parlamentinin spikeri Xammud Sabbaq danışıb. O deyib ki, seçkilərdə 13 milyon 540 min 860 nəfər Bəşər Əsədə səs verib. X.Sabbaqın sözlərinə görə, Suriyada və başqa ölkələrdə seçici məntəqələrində səs verənlərin ümumi sayı 18 milyon 107 min 109 nəfər olub.

3

Seçkinin nəticələrinə hansı ölkə necə reaksiya verib?

ABŞ, Fransa, Almaniya, İtaliya və İngiltərənin Xarici İşlər nazirləri seçkilərin ədalətli, azad mühitdə olmayacağını və onun nəticələrinin hər hansı qanuni əsasının olmadığını bildirib.

Seçki ilə bağlı ABŞ Dövlət Departamenti birgə bəyanat yayıb. Bəyanatda bildirilir ki, Suriyada azad və ədalətli seçki yalnız BMT-nin nəzarəti altında, beynəlxalq şəffaflıq və hesabatlılıq şərtləri daxilində keçirilə bilər:

 Seçki nəticələrinin etibarlı hesab olunması üçün ölkədə evindən didərgün düşmüş suriyalılar, qaçqınlar və diasporadakılar da daxil olmaqla bütün vətəndaşlar təhlükəsiz şəkildə orada iştirak edə bilməlidirlər. Onların iştirakı olmadan bu saxta seçki siyasi sülh üçün irəliləyiş sayıla bilməz

Bəyanatda qeyd olunub ki, müvafiq ölkələr suriyalıların səsinin və fikrinin əks olunmadığı seçki prosesini qəbul etmir. Həmçinin suriyalı müxaliflərin də seçkini leqal saymadığı vurğulanıb:

Əsəd rejiminin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsindən kənarda bu seçkilərin keçirilməsinə dair qərarını rədd edirik.

4

Bəşər Əsəd kimdir?

Bəşər Hafiz əl-Əsəd 1971-2000-ci illərdə Suriya prezidenti olmuş Hafiz Əsədin oğludur. O, 2000-ci ildən Suriya prezidentidir.

5

Bəşər Əsədin hakimiyyəti dövründə Suriyada nələr baş verib?

2011-ci ilin martında Bəşər Əsədə qarşı ölkənin Dera şəhərində etiraz aksiyaları başlayıb. Bu şəhərdə başlayan ilk irimiqyaslı və demokratiya çağırışı edən aksiyaya səbəb məktəb divarlarına inqilabi şüar yazan yeniyetmənin həbsi olub. Həmin yeniyetmə həbsdə işgəncəyə də məruz qalıb. Bu etiraz aksiyası ümumölkə etirazlarına təkan verib və bir müddət sonra vətəndaş müharibəsinə çevrilib. 2012-ci ildə döyüşlər artıq paytaxt Dəməşqdə və ölkənin ikinci ən böyük şəhəri Hələbdə gedirdi.
Suriya İnsan Haqları Monitorinq mərkəzinin (Syrian Observatory for Human Rights) 2020-ci ildə yaydığı məlumata görə, münaqişə nəticəsində 2011-2020-ci illər arasında 387 min adam ölüb.  Məlumatda qeyd olunur ki, həbsxanalarında işgəncə altında ölən 88.000 nəfər və münaqişə zamanı itkin düşənlərin sayı bu rəqəmə daxil edilməyib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia