Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bayram Məmmədovun istintaq prosesi ilə bağlı 7 təşkilat ortaq bəyanat yaydı

1 iyunda N!DA Vətəndaş Hərəkatı, D18 Hərəkatı, AXCP Gənclər Komitəsi, HƏP Gənclər Təşkilatı, Oyan Hərəkatı, Müsavat Gənclər Təşkilatı, Tələbə Güc Mərkəzi İstanbulda dənizdən nəşi tapılan siyasi fəal Bayram Məmmədovun istintaq prosesi ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatın yayılmasına səbəb kimi bu vaxtadək ictimaiyyətə ətraflı məlumatın verilməməsi, istintaq tədbirlərinin nəticələri və kamera görüntülərinin təqdim edilməməsi göstərilib.

Bəyanatda 4 əsas tələb irəli sürülüb:

  • 1. Bayram Məmmədovun ölümü ilə bağlı başlanılmış istintaq işinin gedişi, əldə olunan ilkin nəticələr barəsində ictimaiyyət dərhal məlumatlandırılmalıdır!
  • 2. Ölüm səbəbləri, hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı məlumatlar təqdim edilməlidir!
  • 3. Azərbaycan hakimiyyəti və aidiyyatı qurumlar Bayram Məmmədovun həlak olması ilə bağlı açıqlama verməli, istintaq prosesində yaxından iştirak etməli və Türkiyə hüquq mühafizə orqanları ilə birgə kordinasiyalı şəkildə işləməlidir!
  • 4. Bu mövzuda Türkiyə hüquq mühafizə orqanlarının, Azərbaycan hakimiyyəti və aidiyyatı qurumların səssizliyi və istəksizliyi Bayram Məmmədovun ölümü ilə bağlı fərqli spekulyasiyaların yaranmasına səbəb olur. Bu cür düşüncələrin yaranmaması və adekvat nəticələrinin olmaması üçün Türkiyə və bilavasitə Azərbaycan hakimiyyəti istintaq prosesinin nəticələnməsində maraqlı olmalıdır!

Nə baş verib: Türkiyədə yaşayan B. Məmmədov 2 maydan etibarən yoxa çıxıb. 5 mayda onun dənizdən ölü tapılması barədə dostlarına xəbər verilib. Mayın 9-da isə Bakıda dəfn edilib.

Rəsmi açıqlamada nə deyilir: Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov dənizə düşən başmaqlarını götürmək üçün suya atlayıb və bir qədər çırpındıqdan sonra gözdən itib.

Bayramın ölümü niyə suallar yaradır: Polisin rəsmi açıqlaması ilə üst-üstə düşməyən məqamlar var. Polis B. Məmmədovun üzə bilmədiyini desə də, dostları əksinə yaxşı üzə bildiyini iddia edir. Yaxınları və dostları onun ölümünün ciddi araşdırılmasını tələb edir.

Bayramın ölümünə reaksiyalar: Bir qrup gənc ölümün ədalətli araşdırılması üçün #BayramaNeOldu, #VideoKayıtlarıİstiyoruz heştəqləri ilə “Twitter”da kampaniya başladıb.

Bayram Məmmədov kimdir: 2016-ci il mayın 9-dan 10-na keçən gecə Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazıb. Daha sonra onların hər ikisi narkotik ittihamı ilə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. “Amnesty International” təşkilatı fəalları “vicdan məhbusu” elan edib. Hər iki fəal 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia