Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Evlərini təhvil ala bilməyən şikayətçilər AAAF Park önündə etiraz edib

02 İyun 2021

2 iyunda bir qrup şikayətçi Xırdalan şəhərində AAAF Park Yaşayış Kompleksinin önündə etiraz edib.

Etiraza səbəb tikinti şirkətinin 7 ildir binaları ev sahiblərinə təhvil verməməsidir. Zərərçəkənlər arasında nəğd və kreditlə ödəniş edənlər var. Şikayətçilər söyləyir ki, hər ay ödəniş edirlər. Lakin tikintidən əsər-əlamət yoxdur.

Şikayətçilər deyir ki, inşası başa çatan binaların olmasına baxmayaraq, evləri onlara təhvil vermirlər. Onların sözlərinə görə, aidiyyatı qurumlara dəfələrlə müracit etsələr də məsələyə baxılmayıb. Binaların nə vaxt təxvil veriləcəyi isə hələ də məlum deyil.

Sonuncu dəfə Bakı şəhər Baş Prokurorluğunun önündə fevralda etiraz etmişdik. Bizə həmin vaxt deyildi ki, may-iyuna kimi bəzi binalar təhvil veriləcək. Lakin heç bir bina təhvil verilmədi

zərərçəkən deyir.

Zərərçəkənlər binalarda tikinti işlərinin dayandırıldığını iddia edir. Şikayətçilər AAAF Park şirkətinin ölkənin bir çox bölgəsində yaşayış binalarını tikib təhvil versə də, onların evini inşa etməməsindən gileylənir. Şirkət tərəfindən onlara binaların təhvil verilməməsinə səbəb kimi isə maliyyə problemi olduğu bildirilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia