Çərşənbə, 15 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bakıda trans qadına hücum olub

09 İyun 2021
Pandemiya ili LGBTİQ+lər üçün necə keçdi?

Braziliya, Sao Paulo. 3 iyun, 2018. Foto: Nelson Antoine/AP Photo

İyunun 8-i gecə saatlarında Bakıda trans qadına hücum olub. Trans seks işçisini “Çinarlı”  hotelin otağında müştərisi döyüb. Zərərçəkən şəxs Respublika və Sabunçu xəstəxanasına müraciət etsə də həkimlər onu qəbul etməyib. Onun “Minority Azerbaijan”a bildirdiyinə görə, Sabunçu xəstəxanasında qeydiyyat otağının həkimləri onlara istehza ilə gülüblər və qəbul etməkdən imtina ediblər. 

Necə müayinə edilib: Zərərçəkən təcili tibbi yardım maşını ilə Neyrocərrahiyə Xəstəxanasına aparılıb və orada ona komputer tomoqrafiyası edilib. Bundan sonra yenidən Sabunçu xəstəxanasına qaytarılıb.

Zərərçəkən deyir ki, Təcili Tibbi Yardımın həkimi əvvəlcə onu ambulansa mindirməkdən imtina edib, ondan iyrəndiyini bildirib və polisdən tələb edib ki, o, bölməyə aparılsın. Sabunçu xəstəxanasında zərərçəkənin orada qalması üçün ehtiyac olmadığı deyilib və o, evə göndərilib.

Hansı hüquqi addımlar atılıb: Hazırda ona hücum edən şəxsin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Nə baş verib: ILGA Europe təşkilatının hesabatlarına əsasən, Azərbaycan 2021-ci il də daxil olmaqla, LGBTQ+ hüquqları üzrə son bir neçə ildir ki, 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşır. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia