Bu gün, 14 iyunda vətəndaşlar Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında etiraz edib.
Etiraza səbəb məcburi köçkünlərin kirayə haqqının 2 aydır ödənilməməsidir.
Müxtəlif ərazilərdən olan 14 məcburi köçkün ailə illərdir Xəzər rayonunda yataqxanada yaşayıblar. Daha sonra Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev onları yaşadığı yataqxanada çıxardaraq deyib ki, kirayə pulunuzu verirəm hələlik kirayə qalın. Şikayətçilərin sözlərinə görə, sədr onlara ev hazır olanda yerləşdirəcəyini deyib. Lakin indi komitə sədrinin müavini də, özü də zənglərə baxmır.
“250 manat pensiyaya alıram. Onunla kirayəni ödəyim, ya dərmanlarımı, yeməyimi alım?”
Məcburi köçkün Raya Hüseynova deyir ki, komitə 1 il 8 ay kirayə haqqını onlara verib:
Son iki aydır kirayə pulunu ödəmirlər: Deyirlər ki, nə pulumuz var, nə də evlər hazırdı. İndiyə kimi bu komitənin mənə nə köməyi dəyib? Heç kimdən qorxmuram. Nə ərim, nə də oğlum var ki, tutub aparalar. Mən haqqımı tələb edirəm. Bizim başqa çıxış yolumuz yoxdur. Gedib Prezidentin bağının önündə çadır quracağıq
şikayətçi.