Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bəyannamədəki əsas məqamlar

15 İyun 2021

15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb.

İlham Əliyev deyib ki, imzalanan sənəddə Qars bəyannaməsinə istinad edilir.

Bu gün əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var

Prezident vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf edəcəyini bildirib. R.T.Ərdoğan həmçinin deyib ki,Tükiyə Şuşada Baş Konsulluq açacaq:

Beləcə, bölgədə gerçəkləşdirəcəyimiz fəaliyyətimizin daha sürətli və səmərəli olmasını təmin edəcəyik

Türkiyə Prezidenti deyib.

Bəyannamədə Atatürkün və Heydər Əliyevin sitatlarının yer aldığı bildirilib.

Şuşa bəyannaməsindəki iki əsas məqam isə müdafiə sahəsində qarşılıqlı hərbi yardım və nəqliyyat sahəsində Zəngəzur dəhlizinin açılması məsələsidir.

Müdafiə sahəsində qarşılıqlı hərbi yardım: Sənəddə siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi məsələsi vurğulanıb.

Ticari-iqtisadi münasibətlər: Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması,regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası , milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili üçün tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması kimi aktual məsələlər də yer alır.

Medialar arasındakı əlaqə: Media Platformasının imkanları çərçivəsində iki ölkənin əlaqələri genişləndiriləcək və aidiyyəti qurumlar arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndiriləcək.

Diasporalar: Bəyannamədə Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın Türkiyəyə qarşı iddiaları , 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılacağı qeyd olunub.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia