Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Şahin Cəfərli: “Azərbaycan Ermənistan hökuməti ilə Rusiyasız, ikitərəfli münasibətlər qurmalıdır”

21 İyun 2021
A A
Şahin Cəfərli: “Azərbaycan Ermənistan hökuməti ilə Rusiyasız, ikitərəfli münasibətlər qurmalıdır”

Foto: Vahram Baghdasaryan/Reuters

20 iyunda Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib və hazırda Baş nazir vəzifələrini icra edən Nikol Paşinyan 53.9 faiz səslə qalib gəlib. Seçkidən əvvəl əsas rəqabətin keçmiş prezident Robert Koçaryanla Nikol Paşinyan arasında gedəcəyi bildirilirdi.

Politoloq Şahin Cəfərli Ermənistandakı seçkilərin nəticələrini, bu nəticənin həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya ilə münasibətlərdə özünü necə göstərə biləcəyini şərh edib. O hesab edir ki, erməni xalqının seçimi regionda sülh və əməkdaşlığa zəmin yaradıb.

Hazırkı nəticələr nə deməkdir?

Bu seçkiləri həm də referendum kimi qiymətləndirirəm. Erməni xalqı gələcəyi ilə bağlı seçim etməli idi və qarşılarında  iki seçim vardı. Birincisi, müharibədən sonrakı reallıqlara uyğun olaraq bölgədə sülh və əməkdaşlığa, dialoqa üstünlük verən xətt – Nikol Paşinyan və onun partiyası; İkincisi isə buna alternativ olaraq revanşist əhval-ruhiyyədə olan, itirilmiş torpaqları qaytarmaqdan danışan və bu yöndə xalqa vədlər verən Robert Koçaryanın bloku. Yəni birinci yol regionda sülh və əməkdaşlığı, ikinci isə yenidən erməni xalqına müharibə, qan və göz yaşı vəd edirdi. Seçkinin nəticəsinə əsasən görürük ki, erməni xalqı sülh və əməkdaşlığı seçdi.

Azərbaycan tərəfinin ata biləcəyi addımlar

Bundan sonrakı mərhələdə Azərbaycan hakimiyyətinin Ermənistan tərəfi ilə ikitərəfli əsasda dialoqa başlaması önəmlidir. Biz Rusiyanın iştirakı və vasitəçiliyi olmadan Ermənistan və Paşinyan höküməti münasibətlər qurmağa başlamalıyıq. İlk mərhələdə rəsmi səviyyədə münasibətlərin qurulması çətin ola bilər. Ən azından bunun üçün dövlətlərin bir-birini qarşılıqlı tanıması, ərazi bütövlüyünü qəbul etməsi tələb olunur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidir ki, rəsmi səviyyədə təmaslar və danışıqlar başlasın. Lakin ilkin mərhələdə ictimaiyyət səviyyəsində təmaslar başlaya bilər.

Uzunmüddətli və dayanıqlı sülh üçün xalqlar arasında etimad qurulmalıdır. Azərbaycan hakimiyyəti bu cür təmaslara şərait yaratmalıdır. Məsələn, media nümayəndələri, mədəniyyət xadimlərinin, cəmiyyətin öndə gedən qənaət öndərlərinin Ermənistan və Azərbaycan arasında qarşılıqlı səfərləri başlaya bilər.

Politoloq Şahin Cəfərli/ Foto: pressklub.az

Türkiyə ilə münasibətlər

Türkiyə dövlətinin də Ermənistanla ikitərəfli münasibətlərə başlamasının vaxtı çatıb. Türkiyə rəhbərliyində də belə bir iradəni görmək mümkündür. Regiondakı sülh baxımından həm Azərbaycan, həm də Türkiyənin Ermənistanla ikitərəfli münasibətlər yaratmalıdır. Erməni xalqının dünənki seçimi buna əlverişli şərait yaradıb.

Ermənistan-Rusiya münasibətləri

Rusiyanın Ermənistanda nüfuzu azalmaqda davam edir. Bunu göstərən faktorlardan biri məhz Ermənistanda 2018-ci ildə baş verən xalq inqilabı və daha sonra keçirilən növbədənkənar seçkilərdə Paşinyanın qələbə qazanması olub. Dünənki seçkidə biz bir daha bu prosesin davam etdiyini görürük. Ermənistan cəmiyyətində artıq Rusiyaya bağlı siyasi qüvvələrin ciddi nüfuz və ağırlığının olmadığını müşahidə edirik.  Bu baxımdan mən düşünürəm ki, Ermənistanda ictimaiyyət səviyyəsində psixoloji, mənəvi olaraq Rusiyadan qopma prosesi başlayıb. Lakin dövlət siyasəti səviyyəsində bunu demək hələ çox tezdir. Ermənistan-Rusiya  müttəfiqliyi davam edir və bundan sonra da davam edəcək. Dövlətlərarası səviyyədə qarşılıqlı qopma, ayrılma prosesi hələ başlamayıb.

Qərblə Ermənistan arasındakı münasibətlər

Ermənistanın Qərbin təsir sferasına keçməsi prosesindən danışmaq çox tezdir. Qərbin qeyri-hökumət strukturları Ermənistanda xüsusən gənc nəslin dünyagörüşünün formalaşmasında çox aktiv fəaliyyət göstərir. Amma Ermənistan və Rusiya arasında uzunmüddətli müttəfiqlik müqavilələri mövcuddur. Paşinyanın o müqavilələrdən geri çəkiləcəyini, Rusiya ilə münasibərləri korlayacağını gözləmək gerçəkçi olmaz.

Nə baş verib: 20 iyunda Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ölkənin bütün keçmiş rəhbərləri və hazırkı Baş nazir iştirak edib.  Ümumilikdə 21 partiya və dörd alyans seçkiyə qoşulub. Nəticədə Vətəndaş Müqaviləsi Partiyasının lideri N.Paşinyan qalib gəlib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia