Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Robert Koçaryan hökumətin əvvəlki kimi davranacağı təqdirdə yenidən növbədənkənar seçki ola biləcəyini deyir

22 İyun 2021
Robert Koçaryan hökumətin əvvəlki kimi davranacağı təqdirdə yenidən növbədənkənar seçki ola biləcəyini deyir

Foto: Vahram Baghdasaryan/Reuters

Ermənistanda keçirilən parlament seçkilərində namizəd, keçmiş prezident Robert Koçaryan seçkinin nəticələrini şərh edib. O, nəticələri inqilabın son gülləsi kimi qiymətləndirib.

Keçmiş prezident hesab edir ki, hazırkı hakimiyyətə səs verənlərin əksəriyyəti əslində keçmiş hökumətin geri qayıtmağının əleyhinə səs verib.

Koçaryan mətbuat konfransında həm də seçki kampaniyası barədə danışıb və bildirib ki, onun təmsil olunduğu “Ermənistan” bloku ölkənin kəndlərində kifayət qədər görüş keçirə bilməyib.

Kampaniya çox qısa oldu, çox şey edə bilmədik və xüsusən kənd yerlərində çox az görüşümüz oldu. Diqqət etmisinizsə, hazırda hakimiyyətdə olanlar seçkidə kəndlərdən olduqca çox səs topladı.  

Koçaryan Paşinyanın ötən gün keçirilən mitinqdəki çıxışından sonra onun ritorikasında və hərəkətlərində nələrinsə dəyişəcəyinə inanmadığını bildirib:

Hökumət əvvəlki kimi davranmağa, repressiyalar və vendettalarla başqalarını qorxutmağa davam edərsə, tezliklə yeni növbədənkənar seçkilərlə qarşı-qarşıya gələcəyik.

Nə baş verib: 20 iyunda Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ölkənin bütün keçmiş rəhbərləri və hazırkı Baş nazir iştirak edib.  Ümumilikdə 21 partiya və dörd alyans seçkiyə qoşulub. Nəticədə Vətəndaş Müqaviləsi Partiyasının lideri N.Paşinyan qalib gəlib.  Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan) – 53,92%,  “Ermənistan” bloku (Robert Koçaryan) – 21,04% səs toplayıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia