Cümə axşamı, 9 Fevral 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

UEFA Almaniyanın Allianz Arenanı göy qurşağı rənglərində işıqlandırmaq tələbini rədd edib

23 İyun 2021
UEFA Almaniyanın Allianz Arenanı göy qurşağı rənglərində işıqlandırmaq tələbini rədd edib

Photo: Alexsandra Beier

Bu gün Avro-2020 çempionatı çərçivəsində Almaniya ilə Macarıstan yığmalarının Allianz Arenada qarşılaşması olacaq. Macarıstan hökumətinin LGBTQI+ ilə bağlı qəbul etdiyi yeni qanuna etiraz olaraq Almaniya matçın keçiriləcəyi arenanı göy qurşağı rənglərində işıqlandırmaq üçün UEFA-ya müraciət edib.

Qurum bu müraciəti rədd etməsinin səbəbi kimi bunun siyasi məzmun daşıdığını bildirib.

Macarıstanın qəbul etdiyi qanun nədir: Hökumətin qəbul etdiyi yeni qanun 18 yaşa qədər şəxslər arasında homoseksuallıq və cinsiyyət dəyişdirməyi təşviq etdiyi hesab olunan məzmunun yayılmasını və reklamını qadağan edir. Eyni zamanda Macarıstan hökuməti eynicinsli nikahları tanımır və homoseksualların övladlığa uşaq götürməsini məhdudlaşdıran qanun qəbul edib.

UEFA nə təklif edir: Avropa Futbol Federasiyasının Rəyasət Heyətinin açıqlamasında stadionun göyqurşağı rənglərində işıqlandırılması üçün alternativ tarix təklif edilib. Təklif edilən tarix 28 iyun – Christopher Street Azadlıq Günü və ya 3-9 iyul Münihdəki “Christopher Street Günü” həftəsidir.

Həmçinin qurum Almaniya yığmasının qapıçısı Manuel Neuerin oyun zamanı göyqurşağı rənglərində kapitan sarğısını taxmasına icazə veriləcək.

Christopher Street Günü nədir: Bu, hər il Almaniya və İsveçrənin şəhərlərində 1969-cu ildə New Yorkda təşkil edilən Daş Divar Qiyamlarını anmaq üçün təşkil edilən illik LGBTQI+ mərasimidir. Bu, həmin ölkələrdə Fəxrin analoqudur.

Almaniya nə deyir: Münih bələdiyyə sədri Dieter Reiter UEFA-nın bu qərarını utancverici adlandırıb. O, UEFA-nın təklifindən imtina edib və oyun zamanı şəhərin görməli yerlərinin yox, məhz stadionun göyqurşağı rənglərində işıqlandırılacağını deyib.

UEFA-nın Münihdə LGBTQI + icmasına tolerantlıq, hörmət və həmrəylik mesajı göndərməyimizə icazə verməməsi utancvericidir. Allianz Arenanın fərqli bir gündə işıqlandırılması onun verəcəyi mesajla ziddiyyət təşkil edir. Bu gün Münih şəhəri olaraq həmrəyliyimizi və gender bərabərliyinə hörmətimizi Macarıstana və dünyaya göstərəcəyik.

Bunla bağlı yekun qərarı bələdiyyə məclisi verəcək.

Macarıstan nə deyir: Xarici İşlər naziri Peter Szijjarto siyasətlə idmanın qarışdırılmasını zərərli hesab edir və UEFA-nın qərarından məmnun olub.

UEFA rəhbərliyi Macarıstana qarşı siyasi bir təxribata qatılmamaq üçün doğru qərarı verib. Yaxşı ki, Avropa futbolunun liderləri arasında sağlam düşüncəli şəxslər var.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan