Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Vladimir Putin təhlükəsizlik üzrə IX Moskva konfransında Qarabağla bağlı nə deyib?

23 İyun 2021
Vladimir Putin təhlükəsizlik üzrə IX Moskva konfransında Qarabağla bağlı nə deyib?

Foto: Tass.ru

23 iyunda Rusiya prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva konfransında video-müraciət edib.

Prezident dünyadakı geopolitik proseslər barədə danışıb. O bildirib ki, bəzi müsbət siqnallara baxmayaraq geosiyasi proseslərdəki qarışıqlıq artmaqdadır və beynəlxalq hüquqdakı aşınma davam edir:

Maraqlarını qorumaq üçün güc tətbiq etmək, öz təhlükəsizliyini başqalarının güvənliklərinin hesabına gücləndirmək cəhdləri davam edir.

Rusiya lideri həmçinin planetdə təhlükəsizliyin gücləndirilməsi və sivilizasiyanın davamlı inkişafının müasir hərbi-siyasi gündəmin ən vacib problemlərinin həllindən və ümumi çağırışlara effektiv, birgə cavabların tapılmasından asılı olduğunu qeyd edib.

Qarabağ barədə

V.Putin deyib ki, Rusiyanın tövhəsi nəticəsində Qarabağda münaqişə dayandırılıb:

Rus sülhməramlıları bölgədəki sülhə və təhlükəsizliyə etibarlı zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün işlər görülür.

Sülh və sabitliyin möhkəmləndirilməsi

O, Rusiyanın qitədə sülhün və sabitliyin möhkəmləndirilməsini daha da inkişaf etdirmək niyyətində olduğunu, qonşu ölkələrin təhlükəsizliyi və firavanlığı ilə bağlı məsuliyyətini heç vaxt unutmadığını söyləyib.

Rusiya, ayrılmaz tarixi, mədəni, humanitar əlaqələrlə bir araya gəldiyi qonşu ölkələrin təhlükəsizliyi və rifahı üçün öz üzərinə düşən məsuliyyəti heç vaxt unutmur.

Rusiya-Suriya münasibətləri

Prezident bildirib ki, Rusiyanın hərbi yardımı sayəsində Suriya ərazilərinin böyük hissəsi beynəlxalq terrorçulardan azad edilib, Suriyanın süuqtunun qarşısı alınıb. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia