Bazar ertəsi, 11 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökuməti 20000 avrodan çox təzminat ödəyəcək

24 İyun 2021
AİHM Azərbaycanla bağlı 2 işi araşdırmağa başlayıb

Avropa Məhkəməsi. Foto: John Edward Linden

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 24 iyunda Azərbaycandan göndərilən 3 şikayət üzrə qərarını elan edib.

Elşən Əliyev Azərbaycana qarşı

Bu işdə tərəflər dostca anlaşıblar və buna əsasən hökumət ərizəçiyə 5000 avro təzminat və hüquqi xərclərə görə 1000 avro ödməlidir.

  • Şikayət: Bu iş ərizəçinin ölkədən çıxışına yasaq qoyulması ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, onun həm hərəkət azadlığı hüququ, həm də şikayətinə baxılan zaman səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüququ pozulub.

Zülfüqar İbrahimov Azərbaycana qarşı

Bu işdə ərizəçinin vəkili AİHM-i hökumətin təklif etdiyi 3500 avro təzminatın əvəzində iddiadan imtina etdiyi barədə bilgiləndirib. Məhkəmə ərizənin baxılacaq işlərin sırasından çıxarılmasına qərar verib.

  • Şikayət:Bu ərizə yerli məhkəmələrin ərizəçinin həbsi ilə bağlı yetərli və uyğun əsaslar təqdim etməməsi, onun girov qarşılığında sərbəst buraxılması tələbini rədd etməsi ilə bağlıdır. Ərizəçi bildirib ki, onun azadlıq və toxunulmazlıq hüququna müdaxilə olub.

Abbasov və başqaları Azərbaycana qarşı

Kommunikasiya zamanı hökumət AİHM-ə şikayətlərdəki iddiaları qəbul edib. Təklif edib ki, ərizəçilərə təzminat ödənilməsi qarşılığında şikayətlər baxılacaq işlərin siyahısından xaric edilsin. AİHM hökumətin təklifi barədə ərizəçiləri bilgiləndirib. Ərizəçilərdən yalnız E.Abbasov təklifdən imtina edib, digərləri məhkəməyə cavab verməyib.

Yekunda AİHM hökumətin təklifini qəbul edib və ərizələri baxılacaq işlər siyahısından çıxarıb. Qərara əsasən, hökumət 3 ay ərzində E.Abbasova 3850 , A.Nağıyevə 1800 , Ə.Bəkirova 1200 avro, Z.Əliyevaya 3850 avro təzminat ödəməlidir.

  • Şikayət: Bu işdə ərizəçilər mülki iddialarla məhkəməyə müraciət ediblər. Ancaq məhkəmə iddialara ərizəçilərin iştirakı olmadan baxıb, məhkəmə prosesinin vaxtı və yeri barədə onları məlumatlandırmayıb. Ərizəçilər onlara münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna yol verildiyini iddia ediblər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia