Şənbə, 15 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müharibə iştirakçıları etiraz edir: “Bakıda xidmət edən, döyüş üzü görməyənlərə medal verilir, döyüşənlərə hörmət qoyulmur”

29 İyun 2021

29 iyunda Müdafiə Nazirliyinin qarşısında bir qrup medal verilməyən İkinci Qarabağ müharibəsi iştirakçısı etiraz edib.

Etiraz iştirakçıları deyir ki, əlavə heç nə istəmirlər sadəcə haqqlarını tələb edirlər. Onların sözlərinə görə, medala görə dəfələrlə Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (TTM) müraciət etsələr də onlara heç bir məlumat verilmir.

4 rayonda – Füzuli, Xocavənd, Cəbrayıl, Şuşada olmuşam. Mənə hələ ki, bir medal da verməyiblər. Artıq 2- ci partiyadır ki, medallar verilir. Amma deyilir ki, bizə 3-cü siyahıda veriləcək. Bu gün medalları verməyənlər, sabah bizə veteranlıq da verməyəcəklər.

Müharibə iştirakçıları medal üçün hərbi hissə tərəfindən onlar barədə məlumatların göndərildiyini, lakin təltif olunanlar siyahısında adlarının olmadığını deyir.

Etirazçılar süründürməçilikdən gileylənirlər. Onlar qurumların məsələyə etinasız yanaşdığını deyir.

Bakıda xidmət edən, döyüş üzü görməyənlərə medal verilir. 6 aydır ki,  döyüşdən gəlmişik bizə heç kim hörmət qoymur. Müalicəmizi belə etmədilər. Mən öz cibimdəm müalicə olunmuşam nəyə görə?

digər müharibə iştirakçısı.

“Prezident  vətən, torpaq, ərazi bütövlüyü deyirdi. Getdik , aldıq, gəldik. İndi də haqqımızı tələb edirik. Sadəcə medallarımızın bizə verilməsini istəyirik. Medala görə yox, haqqımızın tapdalanmaması üçün bunu istəyirik”

Nicat Məmmədov deyir ki, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etsə də ona medal verilməyib. Aiddiyyatı qurumlardan isə  ona  səbr etməyi, gözləməyi məsləhət görüb.

Nə baş verib: 24 iyunda İlham Əliyev 10 minlərlə Qarabağ müharibəsi iştirakçısını medalla təltif edib. Bu medallar ümumilikdə 10 şəhər və rayonun işğaldan azad edilməsində görə verilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia