Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İqtisadçı ekspert: “Faktiki olaraq əhalinin böyük hissəsi üçün qaz 2 dəfə bahalaşıb”

01 İyul 2021
İqtisadçı ekspert: “Faktiki olaraq əhalinin böyük hissəsi üçün qaz 2 dəfə bahalaşıb”

İllustrasiya: Mikroskop media

Tarif Şurasının iyunun 30-da verdiyi qərara əsasən, təbii qazın qiyməti artıb. Dəyişikliyə görə, illik qaz istehlakı 1200 kubmetrdən (m3) çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

Qurum qiymət artımının il ərzində 1200 kubmetrə qədər təbii qaz istifadə edən əhaliyə aid olmadığını bildirib və qeyd edib ki, belə abunəçilərin sayı 51%-dir.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, indiyədək əhali abonentlərinə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilib.

İqtisadçı ekspert Toğrul Vəliyev isə deyir ki, ilin əvvəlində də Tarif Şurası qiymət artımını müzakirə edib və artımı məqsədəuyğun saymayıb. Buna baxmayaraq hazırda da sosial siyasətdə dəyişiklik baş vermədiyi halda faktiki olaraq əhalinin böyük hissəsi üçün qaz qiymətləri 2 dəfə artırılıb.

Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvarın 1-nə olan məlumatına görə, ölkə üzrə orta aylıq nominal əməkhaqqı 703,5 AZN, əhalinin hər nəfərinə düşən orta aylıq nominal gəlir isə 465,63 AZN təşkil edib. 6 ay keçib, və DSK-nin məlumatına görə orta aylıq nominal əməkhaqqı 722,3 AZN-ə kimi artıb. Əslində isə bu göstərici 4 ayı əhavə edir və ilin əvvəlindən bu göstərici 2,6% artıb. Bununla yanaşı qiymətlər səviyyəsi də 4% faiz artıb. Bu da o deməkdir ki, real olaraq əməkhaqqı səviyyəsi 1,4 faiz azalıb.  Sosial siyasətdə hər hansı dəyişiklik baş verməsə də Tarif Şurası təbii qaz tariflərini dəyişib.

Natiq Cəfərli, Toğrul Vəliyev. Foto: REAL, Meydan TV. Kollaj: Mikroskop Media

İqtisadçı Natiq Cəfərli isə bildirir ki, 2020-ci ilə olan məlumatlara əsasən əhalinin 21%-i 2200 m3 təbii qaz istehlakı limitini keçib. Ekspertin hesablamasına görə, əhalinin ən azı 65-70%-i yeni qaydalara əsasən limiti keçəcək:

Elektrik stansiyalarına verilən təbii qazın tarifi də 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə qaldırılıb. Ticarət, xidmət və digər sahələrdə istifadə olunun təbii qazın da qiyməti 5 qəpik artırılıb – bu isə, demək olar ki, bütün sahələrdə qiymət artımı dalğası gətirəcək.  Bundan sonra kommersiya müəssisələri üçün elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

Nominal əmək haqqı nədir: İşçinin pul şəklində aldığı maaşdır. Nominal maaş sadəcə bir insanın işindən qazandığı pul məbləğidir. Məsələn, bir işəgötürən ayda 500 AZN maaş verirsə, nominal aylıq əmək haqqı elə 500 manatdır. Nominal əmək haqqındakı ən vacib nüans isə inflyasiyaya uyğunlaşdırılmamasıdır.

Nə baş verib: Tarif Şurasının illik təbii qaz istehlakının tariflərinin qaldırılması ilə bağlı qərarı bu gündən qüvvəyə minib. Bu ilin əvvəlində, yanvarın 4-də də qurum SOCAR-ın təklifi ilə qiymət artımını müzakirə etsə də artımı məqsədə uyğun hesab etməmişdi.  

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia