Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Media İnkişaf Agentliyi müsbət şeylər yazmaq qarşılığında medialara 3 min manat ayırıb

01 İyul 2021
Media İnkişaf Agentliyi müsbət şeylər yazmaq qarşılığında medialara 3 min manat ayırıb

Foto: Əhməd İsmayılov. Mənbə: Media İnkişaf Agentliyi/Facebook

Media İnkişaf Agentliyi maliyyə yardımı ayıracağı sayt və qəzetlərin siyahısını açıqlayıb. Qurumun iyulun 1-də açıqladığı məlumata görə 39 sayt, 18 qəzet 6 ay ərzində maliyyə yardımı ayrılacaq.

Müsabiqə nəticəsində qalib olan bu mediaların hər birinə aylıq 3 min AZN veriləcək.

Müsabiqə niyə keçirilib: Agentlik bildirir ki, müsabiqənin keçirilməsində məqsəd;

  • mediaların iqtisadi müstəqilliyinin gücləndirilməsi
  • fəaliyyətin təkmilləşdirilməsi
  • dövlət və cəmiyyət üçün mühüm olan layihələrin həyata keçirilməsidir

Bu dövr ərzində saytlar nə barədə yazacaq:

Agentliyin maliyyələşdirdiyi dövr ərzində saytlar müəyyən olunan siyahı üzrə sahələrdən həftədə 1 dəfə material dərc etməlidir. Siyahı:

  • Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə,
  • Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər,
  • Müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; 
  • İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış; 
  • Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili –Azərbaycan dövlətçiliyi müasir mərhələdə; 
  • Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; 
Foto: Media İnkişaf Agentliyi/ Youtube

Ayrılan məbləğ necə xərclənməlidir:

Layihə müddəti ərzində saytların hər bir işçisi üçün minimum əmək haqqı 600 manat olmalıdır, qalan maddi yardım isə saytın infrastrukturunun gücləndirilməsinə, dil imkanlarının genişləndirilməsinə və təhlükəsizliyinə yönəldilməlidir.

Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını yeniləmək istədiyini bildirərsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın yenilənməsi məqsədilə 5000 (beş min) manat, ikinci ayından etibarənisə 3000 (üç min) manat veriləcək.

Qəzet redaksiyaları göstərilən müddətdə abunəçilərin aylıq artımını təmin edərsə, onlara bonus veriləcək.

Bonuslar:

  • Hər əlavə 500 abunə üçün aylıq 200 AZN
  • Hər əlavə 1000  abunə üçün aylıq 400 AZN
  • Həm internet, həm də çap mediası, alınan vəsaitlərin istifadəsi barədə hər ay agentliyə hesabat verməlidir.
Foto: Media İnkişaf Agentliyi/ Youtube

Maliyyə yardımı nə zaman dayandırıla bilər: Davamlı olaraq monitorinqlər keçiriləcək . Qoyulan tələblərə əməl olunmadığı aşkar edilərsə, maliyyə yardımı dayandırılacaq.

Nə baş verib: Prezident İlham Əliyev Agentliyin yaranması barədə 12 yanvarda fərman imzalayıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia