İyulun 2-də Sumqayıtda 7-7A nömrəli avtobusların sürücüləri iş şəraitinin çətinliyindən etiraz edib. Sürücülər deyir ki, pandemiya başlayandan bəri onlara maaş verilmir. İşçilər bildirir ki, xarab olan avtomobillərin təmir pulunu da onlar ödəyir və həmçinin müdiriyyət onlara günlük 270 manat plan müəyyən edib:
Eldar Mehdizadə bizə yüksək plan qoyub. 70 yaşı var hələ də kreslodan yapışıb durur. Onun pensiyada oturan vaxtıdır. Niyə getmir? Səhər 6-dan işə başlayırıq gecə 12-yə kimi, nəticədə isə evə pulsuz gedirik. Biz qoyulan planı doldura bilmədikdə məcbur ordan-burdan tapıb veririk. Bütün işin başında Sumqayıtın icra hakiminin bacısı oğlu Elgiz Fərəcov durur.
İşçilərin sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı etiraz etsələr də qurum onlara etinasız yanaşıb.
Sürücülər avtobusların texniki cəhətdən saz vəziyyətdə olmamağından da şikayətçidir:
Avtobuslarda kondisioner sistemi işləmədiyi üçün sərnişinlər tez-tez narazılıq edirlər. Sərnişinlərin iradlarına isə aidiyyəti üzrə qaraj müdiri laqeyd münasibət göstərir.
Nə baş verib: Xüsusi karantin rejiminin qaydalarına əsasən uzun müddət həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. İyulun 3-dən etibarən bu qayda yenidən qüvvəyə minəcək və həftəsonları srənişinlər ictimai nəqliyyatdna istifadə edə bilməyəcək.