Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müstəqil jurnalistlər “Media Haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını tələb edir!

Müstəqil jurnalistlər “Media Haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını tələb edir!

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov. İllustrasiya: Mikroskop Media

Müstəqil jurnalistlər və Azərbaycanda hazırlanan yeni “Media Haqqında” Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması tələbi ilə bəyanat yayıb. Bəyanatın mətnini təqdim edirik.

“Kütləvi informasiya vasitələri haqqında” Qanunun yerinə “Media haqqında” Qanun layihəsinin hazırlanması barədə fərmandan, 12 yanvar 2021-ci ildən bəri keçən müddət ərzində layihə ilə bağlı heç bir açıq müzakirə aparılmayıb. Yeni hazırlanan “Media Haqqında” Qanun həm bütün media subyektlərini, həm çap həm də online media resurslarını əhatə etsə də qanun layihəsinin detalları bu günə qədər açıqlanmır.

Azərbaycanda söz və mətbuat azadlığına qarşı bu günə qədər atılan addımları nərəzə alsaq, hazırlanan yeni qanun layihəsinin də medianın inkişafına yox, jurnalistikanın və mediaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini deyə bilərik.

Mütəmadi olaraq jurnalistlərin təqibə məruz qalması, saytların bloklanması, jurnalistlərin ölkədən çıxışına qadağaların qoyulması, həbsə atılmaqları ölkədə media mühitinin nə qədər təzyiq altında olduğunu göstərir.
Beynəlxalq təşkilatların hesabatlarında media azadlığına görə ilbəil geriyə getməsi də Azərbaycanda medianın nə qədər basqı altında olduğunun sübutudur.

Bu bəyanata imza atanlar Azərbaycanda hazırlanan və indiyə qədər heç vaxt mətni açıqlanmayan “Media Haqqında” Qanun layihəsinin həm jurnalistlərə, həm də vətəndaş cəmiyyəti nümayəndələrinə təqdim edilməsini tələb edir.

  1. Nurlan Qəhrəmanlı
  2. Əsli Qəhrəmanlı
  3. Aynur Elgünəş
  4. Mehman Əliyev
  5. Dilarə Miriyeva
  6. Zəhra Kələndərova
  7. Əvəz Hafizli
  8. Teymur Kərimov
  9. Fərid İmran
  10. Elməddin Şamilzadə
  11. Əminə Məmmədova
  12. Ülvi Həsənli
  13. Fatimə Kərimova
  14. Cavid Abdullayev
  15. Natiq Cavadlı
  16. Fatimə Mövlamlı
  17. Sabina Abubekirova
  18. Xanım Mustafayeva
  19. İzolda Ağayeva
  20. Nərgiz Absalamova
  21. Elnarə Qasımova
  22. Zərifə Novruz
  23. Ülviyyə Əli
  24. Təzəxan Mirələmli
  25. Şəmşad Ağa
  26. Fərqanə Novruzova
  27. Şəhla Kərim
  28. Gülər Mehdizadə
  29. Sahilə Aslanova
  30. Rahim Şalıyev
  31. Əfqan Muxtarlı
  32. Ramin Deko
  33. Həbib Müntəzir
  34. Elmar Əziz
  35. İsmayıl Cəlilov
  36. Cəsur Sümərinli
  37. Samirə Əli
  38. Elkin Xəlilov
  39. Mustafa Hacıbəyli
  40. Fikrət Fərəməzoğlu

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia