Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

SOCAR mühacir bloger və fəallardan İsveçrə prokurorluğuna şikayət edib

08 İyul 2021
SOCAR mühacir bloger və fəallardan İsveçrə prokurorluğuna şikayət edib

Azər Kazımzadə. Foto: Fərahim İlqaroğlu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələrində yaşayan bir qrup mühacir bloger və fəaldan İsveçrə prokurorluğuna şikayət edib. Bu barədə jurnalist Əfqan Muxtarlı məlumat yayıb. Məlumatda bildirilir ki, bloger və fəallar SOCAR-ın nüfuzuna zərbə vurmaqda ittiham olunur.

Kimlərdən şikayət edilib: Haqqında şikayət olunanlar İsveçrə, Almaniya, Fransa və Hollandiyada yaşayan azərbaycanlı mühacirlərdir:

  • Fuad Ağayev
  • Məhəmməd Mirzəli
  • Orxan Ağayev
  • Qabil Məmmədov
  • Fikrət Hüseynli
  • Azər Kazımzadə

Almaniyada yaşayan jurnalist Azər Kazımzadə Mikroskop Media-ya açıqlamasında deyib ki, şirkət onu tənqidi videolara görə məhkəməyə verib:

SOCAR bizi Azərbaycan dövlətinə və prezidentinə qarşı, SOCAR-ın nüfüzuna zərbə vurmaqda ittiham edir və cinayət işinin açılması ilə bağlı İsveçrə prokurorluğun müraciət edib. Göndərilən müraciətin mətni 50 səhifədən çoxdur və hər şəxslə bağlı konkret misallarla nədən şikayət olunduğu yazılıb. Mənim işimdə isə idarə etdiyim Status TV kanalında SOCAR-la bağlı tənqidi videolar qeyd olunub, həmçinin bloqer Məhəmməd Mirzəlidən xəstəxanada aldığım müsahibəni yayımlamağım əsas gətirilib.

A.Kazımzadə deyir ki, o, hələ ki, nə İsveçrə, nə də Almaniya rəsmi qurumlarından ona məktub gəlməyib. Rəsmi olaraq sadəcə Fuad Ağayev rəsmi bildiriş alıb:

Ortada 3 iş var, SOCAR-ın müraciəti də onlardan yalnız biridir. Fuad Ağayevlə bağlı prezidentin adından da ayrıca şikayət var.

Əfqan Muxtarlı bildirib ki, iyulun 9-da saat 10:30-dan 12:00-dək İsveçrənin Almanyadakı səfirliyi önündə etiraz aksiyası keçiriləcək.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia