Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökuməti cərimələnib. Jurnalistlərə təzminat ödəməlidir

08 İyul 2021
Azərbaycan hökuməti cərimələnib. Jurnalistlərə təzminat ödəməlidir

İllustrasiya: Mikroskop Media

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün,  iyulun 8-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 5 qərarını elan edib.

Məhkəmə şikayətlərdə iddia edilən pozuntuların əksəriyyətini tanıyıb.

Elnur Məmmədov və İdrak Abbasov Azərbaycana qarşı

AİHM bu qərrında ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb. Azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarının pozulmasına qərar verib. (E.Məmmədova münasibətdə Konvensiyanın 5 və 10-cu, İdrak Abbasova münasibətdə 10-cu maddələrinin pozulması). Qərara əsasən, hökumət E.Məmmədova 6 min, İ. Abbasova isə 4500 avro mənəvi zərər əvəzi təzminat, xərc və məsrəflərə görə isə ərizəçilərin hər birinə 1000 avro ödəməlidir.

  • Şikayət: Bu məhkəmə işi 2009-cu ildə baş vermiş olaylarla bağlı idi. Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları olan ərizəçilər “Milli Yol” qəzetinin ofisində həyata keçirilən polis əməliyyatından bilgi toplamağa yollanıblar. Ərizəçilər çəkiliş apararkən mülki geyimli şəxslər onlara müdaxilə edib – jurnalistlər söyülüb, qolları burulub, çəkiliş aparmaları əngəllənib, foto və video alətləri əllərindən alınıb. Şikayətçilərdən Məmmədov zorla avtomobilə mindirilmiş və 1 saatdan sonra tanımadığı bir ərazidə sərbəst buraxılıb. Hadisələrin ardından ərizəçilər Daxili İşlər Nazirliyinə müraciət edib, tələb ediblər ki, jurnalistika fəaliyyətlərini yerinə yetirmələrinə əngəl yaradılmasına, habelə Məmmədovun azadlqı və toxunulmazlıq hüququna müdaxilə edilməsinə görə cinayət işi açılsın. DİN müraciəti rədd edib, yerli məhkəmələr də bunu qanuni və əsaslı hesab edib.

Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusunu mübahisələndirib.

Əli Həsənov Azərbaycana qarşı

AİHM bu qərarında Konvensiyanın 10-cu maddəsinin ifadə azadlığı hüququnun pozulduğuna qərar verib. Hökumət ərizəçiyə ümumilikdə 1700 avro təzminat ödəməlidir.

  • Şikayət: Bu iş də ifadə azadlığı hüququnun ilə bağlıdır. Ərizəçi jurnalist, qəzet redaktorudur. Müharibə iştirakçısı olan veteran haqda məqaləsinə görə, məhkum edilmiş ərizəçi mübahisəli məqalələrin müəllifi olmadığını iddia etsə də, yerli məhkəmələr məqalələrin müəllifinin ərizəçi olması, başqa adlarla yazması, məqalələrin aşağılayıcı olmasını müəyyən edib. Ərizəçi təhqirə görə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu işdə AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilib.

Solmaz Salmanova Azərbaycana qarşı

AİHM bu işin qəbuledilməz olmasına qərar verib.

Şikayət: Məhkəmə işi mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlıydı. Ərizəçiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzil verilmiş, ancaq ev məcburi köçkünlər tərəfindən zəbt edilib.Yerli məhkəmələr ərizəçinin mənzilə yerləşməsinin evi zəbt etmiş köçkünlər öz yurd-yuvalarına (Xocalı) qayıdana qədər ertələyib.

Solmaz Orucova Azərbaycana qarşı;
Eyyub Tahirov Azərbaycana qarşı;

AİHM hər iki şikayəti qəbuledilməz hesab edib.

Şikayət: Bu məhkəmə işləri mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlı idi. Ərizəçilərin sahibi olduqları əmlaklar sökülüb, onlara təzminat tam verilməyib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia