Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Heyvansevər aktivistlər “Toplan”a etiraz edib. Saxlanılanlar var

08 İyul 2021

Heyvansevər aktivistlər “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin önündə oturaq aksiya keçirib. “Toplan”da sahibsiz itlərin öldürüldüyünü deyən fəallar buna etiraz edib və itlərin ölüdürülməməsini tələb edib.

“Öldürməyin itləri” şüarı səsləndirən aksiyaya polis müdaxilə edib. Etirazçılar saxlanılıb və 12-ci Polis bölməsinə aparılıb.

Bölmənin rəis müavini Süleyman Abbasov aktivistlərə deyib ki, bölməyə gəlsinlər, saxlanma səbəbləri orada izah ediləcək. 

Kimlər saxlanılıb:

  • Rüstəm İsmayılbəyli
  • Nicat İsmayılov
  • Elxan Mirzəyev
  • Kamran Məmmədli

Nə baş verib: Heyvansevərlərin qayğısına qaldığı, Badamdar qəsəbəsində yaşayan bir iti iyulun 1-də “Toplan” mərkəzi aparıb. Heyvansevərlərin sözlərinə görə, iti sahiblənmək üçün quruma dəfələrlə müraciət etsələr də rədd cavabı alıblar. “Toplan“ tərəfindən itin sahibləndirməyə qapalı olduğu cavabını alıblar. Mərkəzin iddiasına görə, bu it İqor Ağayev küçəsi 5 ünvanında yaşayan bir sakin tərəfindən aqressiv olduğu bəhanəsilə şikayət edilib və qurumun əməkdaşları iti ərazidən götürülərək mərkəzə aparıb. Aktivistlər həm də deyir ki, onların iti görmək üçün müraciətlərinə icazə verilməyib.

“Toplan” nədir: “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində yaradılıb. Bakının Balaxanı qəsəbəsində yerləşən mərkəz 2019-cu ilin fevralın 15-də istifadəyə verilib. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia