Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistan tərəfi Şuşa və Naxçıvan istiqamətində atəş açıb

14 İyul 2021
Ermənistan tərəfi Şuşa və Naxçıvan istiqamətində atəş açıb

Foto: Reuters

İyulun 14-də Azərbaycanın Ermənistanla Naxçıxanla sərhəddində atışma baş verib və yayılan ilkin məlumata görə, 1 azərbaycanlı hərbçi yaralanıb, 1 erməni hərbçi həlak olub.

Ermənistan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir ki, insident səhər saat 10:30 radələrində Naxçıvanla sərhəddəki məntəqədə olub. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan hərbçiləri erməni mövqelərinə atəş açıb və nəticədə 1 hərbçi həlak olub.

Qarşı tərəf vəziyyətin gərginləşməsində bütün məsuliyyətin Azərbaycanın boynuna düşdüyünü bildirib. 

Azərbaycan nə deyir: Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutub. Rəsmi məlumata görə, Azərbaycan ordusunun hərbi qulluqçusu İbadulla Mərdanlı yaralanıb. O, tibb müəssisəsinə təxliyə olunub.

Şuşadakı atışmada nə baş verib?

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Şuşa şəhərində də atışma baş verdiyi bildirilir. Məlumatda deyilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, erməni silahlı dəstələri tərəfindən iyulun 13-də 21:34-də və 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Şəxsi heyət arasında ölən və yaralananın olmadığı bildirilib. Ermənistan tərəfinin isə bu barədə açıqlaması yoxdur.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia