Çərşənbə, 25 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Putinin Ukrayna barədə məqaləsi orduda tədris ediləcək

16 İyul 2021
Putinin Ukrayna barədə məqaləsi orduda tədris ediləcək

Foto: Sputnik/Mikhail Klimentyev

Rusiya Federasiyasının prezidenti Valdimir Putinin “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsi Rusiya ordusunda hərbi-siyasi məşğələlər zamanı tədris ediləcək.

Sərəncamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu imzalayıb.

Bu barədə məlumatı “Radio Svoboda” yayıb. Məqalə iyulun 12-də Kremlinin rəsmi saytında yerləşdirilib.

Rusiya prezidenti məqaləsində yazır ki, ötən minilliyin ortalarında “Ukrayna” adı “okraina” mənasında işlədilirdi, Kiyevdə, Dneprin sol sahilində, Poltavada, Çerniqovda və Zaporojyedə yaşayan əhali özünü pravoslav rus xalqının bir hissəsi hesab edirdi və buralar “Malorossiya” (Kiçik Rusiya) adlanırdı. Osmanlı imperiyası ilə müharibələrdən sonra isə Krım və Qara dəniz ətrafı ərazilər “Novorossiya” (Yeni Rusiya) adı ilə Rusiyanın tərkibinə daxil edildilər.

Putin Rusiyanın təsirindən çıxmaq üçün ukraynalıların sonrakı səylərini ancaq Qərbin təzyiqi ilə əlaqələndirib. Rusiya başçısına görə, Qərb “həmişə bizim birliyimizi “sarsıtmağa çalışıb”. Məqalədə iddia olunur ki, indi Ukrayna tamamilə xaricdən idarə olunur, buna görə də “Avropanın ən kasıb ölkəsi”nə çevrilib və burada rusdilli əhali “zorakı assimilyasiyaya və identikliyinin məcburi dəyişikliyinə” məruz qalır.

Məqalə Ukraynada birmənalı qarşılanmayıb. Ölkə prezidenti Vladimir Zelenski yazılanları Putinlə şəxsi görüş çərçivəsində müzakirə etməyə hazır olduğunu bildirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia