Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ABŞ-dan Lukaşenkoya qarşı sanksiyalar üçün yardım istəyib

21 İyul 2021
Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ABŞ-dan Lukaşenkoya qarşı sanksiyalar üçün yardım istəyib

Foto: Svetlana Tixanovskaya

20 iyulda Svetlana Tixanovskaya ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ağ Evdə görüşüb.

Hazırda Vaşinqtonda olan müxalif namizəd S.Tixanovskaya Birləşmiş Ştatları ölkəsindəki avtoritar rejimə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalara çağırıb.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken və onun siyasi məsələr üzrə müavini Viktoriya Nulandla danışıqları olub.

Görüşlər barədə “Twitter” hesabından məlumat yayan Tixanovskaya ABŞ-dan Belarusun vətəndaş cəmiyyətinə və yeni seçkinin keçirilməsinə dəstək verməsini xahiş etdiyini bildirib. O həm də deyib ki, müstəqillik belaruslar üçün ən yüksək dəyərdir. Müxalifət lideri həmçinin ABŞ rəsmilərinə Belarusda sanksiyaların tətbiq edilməli olduğu sahələrin siyahısını verib.

Nə baş verib: Belarusda 2020-ci ilin avqustunda prezident seçkiləri keçirilib. Aleksandr Lukaşenko prezident seçkisində 6-cı dəfə qalib elan edilib. Lukaşenkonun yenidən seçilməsinə etiraz edən minlərlə siyasi aktivist və jurnalist zorakılığa məruz qalaraq həbs edilib. Bundan sonra Lukaşenko və avtoritar rejiminə qarşı sərt sanksiyalar elan edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia