Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Kəlbəcərdə səhərə qədər atışma baş verib. Hər iki tərəfdən yaralılar var

28 İyul 2021
Kəlbəcərdə səhərə qədər atışma baş verib. Hər iki tərəfdən yaralılar var

Foto: aa.com.tr

İyulun 28-i saat təxminən 00:50-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində atışmalar başlayıb.

Azərbaycan tərəfi nə deyir?

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunu atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.

Azərbaycan MN Ermənistan tərəfini dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda göstərilir ki, Azərbaycan Rusiya tərəfinin atəşkəs təşəbbüsünü qəbul edib və saat 10:00-dan etibarən atəşkəs əldə edilib.

Azərbaycan tərəfi iddia edir ki, Ermənistan tərəfi atəşkəsi pozur:

Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Azərbaycan MN

Yaralanan və ölən varmı: Azərbaycan tərəfindən iki hərbi qulluqçu  Sadiq  Əliyev və  İmran İmranlı yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

Ermənistan tərəfi nə deyir?

Ermənistan Müdafiə Nazirliyi isə bildirib ki, döyüşləri Azərbaycan tərəfi başladıb və əməliyyatlar zamanı tərəflər atıcı silah və minaatanlardan istifadə edib.

Ermənistan və Azərbaycan tərəfləri arasında razılaşma Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə əldə edilib. Həmçinin qeyd edilib ki, atəşkəs razılaşmasına böyük ölçüdə hörmət edilir.

Ermənistan MN

Yaralanan və ölən varmı: Ermənistan tərəfində 3 ölü, 2 yaralı var.

Rusiya nə təklif edib : Rusiya hər iki tərəfə atəşkəs təşəbbüsünü irəli sürüb.

Nə baş verib: İyulun 1-dən 26-dək Azərbaycanla Ermənistan arasında atəşkəs 13 dəfə pozulub. Nəticədə Azərbaycan tərəfdən 3 nəfər yaralanıb, 1 nəfər həlak olub.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia