Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əri tərəfindən döyüldüyünə görə 5 ay əvvəl şikayətçi olan qadın qətlə yetirilib

03 Avqust 2021
Əri tərəfindən döyüldüyünə görə 5 ay əvvəl şikayətçi olan qadın qətlə yetirilib

Sevinc Məhərrəmovanın işgəncə izləri.

Əri Füzuli Qarayev tərəfindən zorakılığa məruz qaldığına görə şikayətçi olan 23 yaşlı Sevinc Məhərrəmovanın öldürüldüyü bildirilir. Bu barədə məlumatı feminist fəal Gülnara Mehdiyeva canlı yayımda açıqlayıb. Qətli onun əri Füzuli Qarayevin törətdiyi ehtimal edilir.

S. Məhərrəmovanın 3 və 4 yaşlı iki uşağı var idi.

Nə baş verib: Bu ilin mart ayında Sevinc Məhərrəmova ailəsində zorakılığa məruz qaldığına görə, şikayətçi olub və feministlərə müraciət edib. Onun üzləşdiyi zorakılıq ictimailəşdirilib və fəallar da tədbir görülməsi barədə dəfələrlə polisə müraciət edib.

Polis nə edib: Sevinc Məhərrəmovanın əri tərəfindən ağacla döyülməsi barədə polisə məlumat verilsə də həmin şəxs saxlanılmayıb. Eyni zamanda F.Qarayev uşaqları S.Məhərrəmovadan gizlədib və Saatlı rayonunda yaşayan qohumlarının yanına aparıb. Fəallar polisdən uşaqların atalarından alınıb analarına təhvil verilməsini tələb etsə də, onlara bildirilib ki, ekspertiza rəyi çıxana və araşdırma yekunlaşana qədər uşaqlar atalarının himayəsində qalacaq.

Füzuli Qarayev. Foto: Toplum TV / screenshot

Feminist fəallar deyir ki, Sevinc Məhərrəmova onlara uşaqlarından ayrı qala bilmədiyini deyərək geri qayıdıb.

“Məni bağışlayın, uşaqlarım ağlayır, getməliyəm, dözə bilmirəm onlarsız”.

Sevinc Məhərrəmova

Fəalların sözlərinə görə, F. Qarayev bundan əvvəl də Sevinc Məhərrəmova və uşaqlarını tüfənglə öldürməklə hədələyib, hər üçünü ağır şəkildə döyüb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia