Bazar, 25 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dövlət Komitəsi:“Bərdədə təcavüzə məruz qalan azyaşlı özü psixoloji dəstəkdən imtina edib”

04 Avqust 2021
Dövlət Komitəsi:“Bərdədə təcavüzə məruz qalan azyaşlı özü psixoloji dəstəkdən imtina edib”

Foto: Turan İnformasiya Agentliyi. Feministlərin hökumət evinin önündə"Qadın qətlləri siyasidir" aksiyası

Bərdədə 29 yaşlı qonşusu tərəfindən təcavüzə məruz qaldığı bildiriliən azyaşlı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi görüşüb. Komitənin yaydığı məlumatda bildirilib ki, azyaşlının psixoloji vəziyyəti yerindədir və ətrafındakı insanlardan kobud rəftar görmür deyə psixososial dəstəyə ehtiyacı yoxdur.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Mikroskop Media-ya açıqlamasında deyib ki, qurumun Ağdam rayonundakı əməkdaşı gün ərzində zərərçəkmişin ailəsində olub:

Fərdi və bütün ailə ilə söhbətlər edilib və azyaşlının psxiloji vəziyyəti yerindəcə qiymətləndirilib. Zərərçəkmiş və onun ailəsi psixoloji yardımdan imtina edib. Ətrafdakı insanların da, ailəsinin də ona münasibəti normaldır. Onların dediyinə görə, tək istədikləri təcavüzkarın qanun qarşısında cəzalanmasıdır.

Nə baş verib: Feminist fəal Nərmin Şahmarzadənin avqustun 2-də yaydığı məlumata görə, Bərdədə 16 yaşlı yeniyetmə 29 yaşlı qonşusunun təcavüzünə məruz qalıb. O şantaj edilib və ailəsinin dediyinə görə, azyaşlıya narkotik tərkibli iynələr vurulub. Azyaşlının atası dəfələrlə polisə müraciət edilsə də məsələyə baxılmadığını deyib.

DİN nə deyir: Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov isə deyir ki, polisin hadisəni araşdırmaması barədə iddia doğru deyil. O bildirib ki, zərərçəkmişin atası iyunun 16-da Bərdə Rayon Polis Şöbəsinə şikayət edib, buna əsasən araşdırma aparılıb və ekspertiza təyin edilib. Ekspertiza rəyi əsasında Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia