Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanda iyul ayı ərzində toy və restoran sahibləri 80 min manatdan çox cərimə edilib

06 Avqust 2021

Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilib, amma bəzi məhdudiyyətlərlə. Opertiv Qərargahdan bildirilib ki, nəzərdə tutulan qaydalara əməl edilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər 200-400 AZN, vəzifəli şəxslər isə 4000-5000 AZN cərimə ediləcək.


İyul ayı ərzində toy və restoran sahibləri daxil olmaqla ümumilikdə 83 nəfər epidemiya əleyhinə rejimin qaydalarının pozulmasında təqsirli bilinib və cərimələnib.

Neçə restoran sahibi cərimələnib: Toyların keçirilməsinə icazə verilməsindən etibarən 17 restoranın sahibinin hər biri 4000 AZN cərimələnib. Restoranların siyahısı:

  • Abşeron – 1 restoran
  • Bərdə – 3 restoran
  • Quba – “Çənlibel” restoranı
  • Şamaxı – “Turist” və “Çinar” restoranları
  • Kürdəmir – “Miraj” və “Nicat” şadlıq evləri
  • Göyçay – “Vüqar” şadlıq evi
  • Samux – “Çıraq Palace” şadlıq evi
  • Qobustanda – “Qırxbulaq” şadlıq evi
  • Cəlilabad – “Dostluq” və “Yamal” şadlıq evləri
  • Xaçmaz – 1
  • Göyçay – “Bizim bağ” şadlıq evi
  • Cəlilabad –1

Restoran sahibləri ümumilikdə 68 min AZN məbləğində cərimə olunub.

Cərimələnən toy sahibləri: Toylar üçün nəzərdə tutulan məhdudiyyətlərə əməl etmədiyinə və epimoloji rejimin qaydalarını pozduğuna görə cərimələnən toy sahiblərinin sayı isə 51 nəfərdir. Onların hər biri 200-400 AZN məbləğində cərimə olunub. Siyahı:

  • Bərdə – 1 toy sahibi
  • Kürdəmir – 24 toy sahibi
  • Göyçay –3 toy sahibi
  • Salyan – 1 toy sahibi
  • Abşeron – 5
  • Samux – 2
  • Saatlı – 2
  • Qobustan – 7
  • Ucar – 6

Cərimələrin ümumi məbləği 12 800 AZN olub.

Toya buraxılmayan və həbs edilənlər: İyul ayı ərzində toyda iştirak etmək istəyən 2 476 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. 4 nəfər isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən bir ayadək müddətə inzibati qaydada həbs edilib.

Hansı qaydalara əməl edilməlidir:

  • Toylar 50-150 nəfərin iştirakı ilə təşkil oluna bilər.
  • 18 yaşdan yuxarı şəxslər yalnız COVID-19 pasportu ilə toya buraxıla bilər.
  • Mərasimdə xidmət göstərən heyət tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidir.
  • Şənlik mərasimi keçirilən yerin sahibi tədbir barədə məlumatları icaze.e-gov.az portalına daxil edilməlidir.
  • Toy sahibi və şənlik keçirilən məkanın sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır.
  • 50 nəfərə qədər şəxslərin iştirakı olan mərasimə gəlmək üçün COVID-19 pasportu tələb edilmir.
  • 150 nəfərdən artıq iştirakçısı olan şənliklər qadağandır.

Nə baş verib: Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus səbəbindən 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla ölkə ərazisində bütün toy məclislərinin keçirilməsini qadağan edib. Məhdudiyyətlər 1 iyul 2021-ci ildən etibarən yumşaldılıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia