Çərşənbə axşamı, 11 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əri tərəfindən qətlə yetirilən qadının anası: “Qızımın qanı yerdə qalmasın”

06 Sentyabr 2021
Əri tərəfindən qətlə yetirilən qadının anası: “Qızımın qanı yerdə qalmasın”

Foto: Mikroskop Media canlı yayım / Valideyn Baş Prokurorluq önündə qızının qətlini düzgün araşdırılmasını tələb edir

Sentyabrın 6-da Baş Prokurorluğun inzibati binasının önündə qızının qətlinin düzgün araşdırılmasını tələb edən valideyn etiraz aksiyası edib. Həyat yoldaşı Ehtibar Qasımov tərəfindən öldürüldüyü deyilən Fəridə Qasımovanın anası Tərgül Əcəmova işin şəffaf araşdırılmadığını deyir və onun iddiasına görə, qızının qaynatası bu məqsədlə Suraxanı rayon prokuroruna rüşvət verib.

Şahidlərin heç biri dindirilmir. Mən balamın bədənində bir dənə salamat yer görmədim. Yalandan qızıma böhtan atdılar ki, guya lüt şəkilləri yayılıb. Amma telefonu açılandan sonra məlum oldu ki, hamısı yalandır, elə bir şey olmayıb.

Aidiyyatı qurumlar üzrə hər yerə müraciət etdiyini bildirən T. Əcəmova deyir ki, Baş Prokuror onun suallarına cavab vermir:

Tibb ekspertinin rəyini də dəyişdiriblər. İlk rəydə mən oxumuşdum ki, qızımı ağır əşyalarla döyüblər. Sonradan isə o hissəsini yazıdan çıxardılar. Şəkillərdə belə sübut olunur ki, əlləri qırılıb, ona 7 bıçaq vurulub.

Nə baş verib: Fəridə Qasımova bu il fevralın 1-də qətlə yetirilib və onun ölümündə həyat yoldaşı Ehtibar Qasımov şübhəli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. E.Qasımov həyat yoldaşını bıçaqla xəsarət yetirərək öldürməkdə şübhəli bilinir. Hazırda proses Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia