Şənbə, 24 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İqtisadçı: “Qarabağda inşa edilən aeroportların heç birinin iqtisadi əsaslandırması yoxdur”

07 Sentyabr 2021
İqtisadçı: “Qarabağda inşa edilən aeroportların heç birinin iqtisadi əsaslandırması yoxdur”

Foto: Seymur Kazımov/ Füzuli Hava Limanı

Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük müharibədən sonra Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərdə beynəlxalq hava limanlarının tikilməsini qərara alıb.

Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına ilk eniş icra edilib.

Bəs hava limanlarının fəaliyyəti və effektivliyi necə olacaq?

Milli Məclisin deputatları Könül Nurullayeva, Səbinə Xasayeva, Vüqar Bayramov müsahibələrində deyirlər ki, Füzuli Hava Limanı beynəlxalq yükdaşımalar üçün əhəmiyyətli olacaq və bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün imkanlar açacaq:

İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı, həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir.

deputat Vüqar Bayramov

Müstəqil iqtisadçı ekspert Toğrul Vəliyev isə əksini düşünür. O hesab edir ki, Şuşa dünya turizm mərkəzinə çevrilsə, Füzuli aeroportunun müəyyən effektivliyi ola bilər. Lakin bu, yaxın gələcəkdə mümkün deyil:

Bütün bölgə olaraq- Hadrut, Şuşa, Füzuli ətrafı,  Ağdam məhz turizm bölgəsi kimi inkişaf etsə, effektivlikdən danışıla bilər. Amma bu, uzun və çətin prosesdir. Çünki orada hələ heç nə yoxdur və hər şeyin bərpası, bərpadan sonra məhsul kimi dünya bazarına təqdim edilməsi prosesi var. Normal aeroport kimi fəaliyyəti üçün onun Bakı kimi olmasa da ən azından, Bakının 4-də 1-i qədər imkanları olmalıdır.

Digər hava limanlarından bəhs edən ekspert deyir ki, Zəngilan Beynəlxalq Hava Limanının nə məqsədlə istifadə ediləcəyi barədə iqtisadi cəhətdən heç bir təxmin və məlumat yoxdur.

Düzdür, Zəngilan-Zəngəzur koridoru və tranzit məsələsi var, amma reallıqda onun dünya bazarında hətta bölgə üçün elə böyük əhəmiyyəti yoxdur. Çünki paralel olaraq Türkiyə-İran vasitəsilə kifayət qədər mal çatdırıla bilir. Laçın Hava Limanı beynəlxalq yox, kiçik təyyarələrin qəbulu kimi inşa edilsəydi, o zaman Laçın-Kəlbəcər təminatında lokal əhəmiyyəti böyük olacaqdı. İqlim, relyef cəhətdən o ərazi problemlidir və hava limanı qışda o bölgəyə çatdırılma məsələsində  istifadə oluna bilərdi.

Deputat Könül Nurullayeva isə Kəlbəcər-Laçın bölgəsində də unikal hava limanının inşa olunduğunu bildirib:

Relyefin mürəkkəbliyinə və tələb olunan maliyyə vəsaitinin çoxluğuna baxmayaraq, Azərbaycan Füzuli Beynəlxalq Hava Limanının inşasını reallaşdırmaqla həm ilk təcrübə yaradır.

Hava limanına sınaq uçuşu baş tutsa da tikinti işləri hələki davam edir. Gələcəkdə isə Zəngilanda və Laçında hava limanlarının tikintisi planlaşdırılır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia