Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müəllim namizədi: “İş yerləri yoxdursa, bizim ağlımızla zarafat etməsinlər. Birdəfəlik desinlər ki, iş yoxdur”

14 Sentyabr 2021
Müəllim namizədi: “İş yerləri yoxdursa, bizim ağlımızla zarafat etməsinlər. Birdəfəlik desinlər ki, iş yoxdur”

Foto: Mənbə/ Rüstəm İsmayılbəyli. Müəllim namizədi Təhsil nazirliyinin önündə etiraz edir.

Sentyabrın 14-ü səhər saatlarında Təhsil Nazirliyinin inzibati binasının önündə təkadamlıq etiraz aksiyası keçirilib. İşsizlikdən gileylənən şikayətçi Arzu Quliyeva müəllimlərin işə qəbulu üzrə imtahanların ləğv edilməsini tələb edib. Buna səbəb kimi isə imtahaların ədalətsiz keçirildiyini deyib.

“MİQ imtahanı ləğv edilsin” şüarı ilə etiraz edən A.Quliyeva müəllim namizədidir. O, 2015-ci ildən bəri müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlarında iştirak etsə də, iş tapa bilmir. Bu il isə etiraz olaraq imtahanda iştirak etməyib.

O deyir ki,  Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 40 sualdan 35 –nə düzgün cavab verməsinə baxmayaraq kurrikulum sualları proqramdan kənar salınır:

60 mindən çox müəllim ərizə qəbuluna sənəd verdi. Lakin vakansiya üçün cəmi 5-6 min yer ayrılır. Hələ o da şəffaf şəkildə bilinmir ki, o 6 min müəllim həqiqətən işlə təmin olunur, ya yox. İşlə bağlı iki ildir ki, Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinə müraciət edirəm. Mərkəzdən deyirlər ki, hansı rayondasınızsa, o rayonun təhsil şöbəsinə gedin. Mən özüm vakansiya yerlərini axtarıb tapacamsa, həmin mərkəz nə işə yarayır?!

etirazçı

Daha sonra polislər və nazirliyin nümayəndələri  etirazçının şüarını əlindən alıb.

Təhsil Nazirliyinin nümayəndəsi onu qəbul etsə də, qurumdan etirazçıya heç bir dəyişiklik olmayacağını bildiriblər.

Nə baş verib: Təhsil nazirliyinin 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu üzrə  keçirdiyi müsabiqədə 62 242 nəfər namizədliyini irəli sürüb. 60 627 elektron ərizəsini təsdiq edib, elektron ərizəsi çap olunan 59 153 namizəd test imtahanı prosesində iştirak etmək imkanı qazanıb.Yekunda isə müsabiqədə 46 930 nəfər iştirak edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia