Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Məhdudiyyətlər tətbiq edilən söz: “Talış”

15 Sentyabr 2021

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişinin Bakı tərəfindən icrası haqqında Avropa Şurası Nazirlər Komitəsinin qətnaməsi ilə əlaqədar alternativ hesabat dərc edib.

Hesabatda talış dilində materiallar dərc edən saytların bağlanması, talış dilində mətbuat orqanının olmaması, dövlət orqanları tərəfindən “talış” adından istifadəyə məhdudiyyətlərin tətbiqi kimi məsələlər yer alıb.

ATİŞ-in alternativ hesabatında qeyd edilir ki, talışlar Azərbaycanın cənub-şərqində yaşayan aborigen xalqdır. Hesabatda ölkədə talışların sayının düzgün qeyd edilmədiyi göstərilib. Rəsmi məlumatlara görə, Azərbaycanda onların sayı 112 min təşkil edir, amma ATİŞ onların sayının daha çox olduğunu hesab edir.

Qeydiyyat problemi

Müəlliflər dövlət orqanları tərəfindən “talış” adından istifadəyə məhdudiyyətlər tətbiq edildiyini qeyd edirlər. Məlumatda bildirilir ki,  ölkədə adında “talış” sözü olan QHT, partiya və hətta kiçik firma belə qeydiyyatdan keçirmək qeyri-mümkündür. Talış Mədəniyyət Mərkəzinin və “Azəri-Talış” İctimai Birliyinin də qeydiyyatı yoxdur.

Bağlanan saytlar

Azərbaycan ərazisində talış dilində materiallar dərc edən talish.org (“Tolışi sədo” qəzetinin elektron versiyası), tolishstan.com, tolishpress.org saytları bağlanıb.

Talış dilində mətbuatın olmaması

30 illik müstəqillik dövrü ərzində talışdilli bir mətbuat orqanı belə dövlətdən maliyyə yardımı almayıb.

Talış dilində təhsil almaq hüququ

ATİŞ həmçinin doğma dildə təhsil almaq imkanının olmadığını qeyd edir. Baxmayaraq ki, rəsmi səviyyədə talışların sıx yaşadığı yerlərdə ibtidai siniflərdə (1-4) talış dilinin tədris edildiyi bəyan edilir. Əslində dərslər fakultativ xarakter daşıyır və icbari deyil. Sonuncu dəfə “Talış dili” dərsliyi 2006-cı ildə dərc edilib.

Təqib və həbs

Həmçinin, talış fəalların vaxtaşırı təqibə məruz qaldığı qeyd edilir. Sonuncu hadisə kimi bu ilin aprel ayında dövlət əleyhinə çağırışlar və milli ayrı-seçkilik salmaq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş gənc bloger Aslan Qurbanovun həbsi göstərilir.

Sonda ATİŞ belə bir nəticəyə gəlir ki, talışlara münasibətdə Milli azlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına riayət olunmur.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia