Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

MTN-in sabiq rəisi 17 milyon manatdan çox vəsait mənimsəməkdə şübhəli bilinir

15 Sentyabr 2021

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı istintaq sentyabrın 15-də yekunlaşdırılıb.

MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov  bu ilin aprelində başqa bir MTN generalı, uzun müddət nazirliyin İstintaq İdarəsinə rəhbərlik etmiş Mövlam Şixəliyevlə birlikdə həbs olunub.

Baş prokurorluqdan verilən məlumata görə, M.Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 6 il ərzində qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə birgə qanunsuz əməllər törətməkdə şübhəli bilinir.

17 milyon manatlıq mənimsəmə

Mövlam Şixəliyevin sözügedən digər vəzifəli şəxslərlə birgə  ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib alması, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırması kimi maddələrlə ittham olunur.

Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham verilib: M. Şixəliyevə külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma və digər maddələrilə ittiham verilib. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia