Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiyada üç günlük parlament seçkisi başlanıb

17 Sentyabr 2021
Rusiyada üç günlük parlament seçkisi başlanıb

Foto: Reuters / Koronavirus səbəbindən 3 gün çəkəcək seçkilər. Rusiyadakı seçki məntəqəsi.

Bu gündən etibarən Rusiya Dövlət Dumasına (parlamentin aşağı palatası) 8-ci çağırış seçkilərdə səsvermə başlayır. Seçki prosesi üç gün ərzində – 17, 18 və 19 sentyabrda, Rusiyanın federal subyektlərində regional və yerli hakimiyyət orqanlarının seçkiləri ilə davam edəcək.  Hökümət seçkilərin 3 gün ərzində keçirilməsini COVID-19 pandemiyası ilə əsaslandırıb.

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK), ümumilikdə, seçkidə iştirak etmək üçün 14 siyasi partiyanı qeydə alıb. Bu partiyalar Dövlət Dumasında və ya regional qanunverici orqanlarda təmsil olunduqları üçün hamısı seçici imzaları toplamadan seçkilərdə iştirak edir.

14 partiyadan 11 -i 2016 -cı il parlament seçkilərinin iştirakçısı olub. Dörd partiya – Vahid Rusiya, Rusiya Federasiyası Kommunist Partiyası, Liberal Demokrat Partiyası və Ədalətli Rusiya – 5%-lik bariyeri keçə bilib.

Hökumət həbsdə olan müxalifətçi Aleksey Navalnının dəstəklədiyi “Ağıllı Səsvermə” təşəbbüsünü bloklayıb.

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) avqustun 19 -da Apple və Google -dan “Ağıllı səsvermə” tətbiqini bazadan çıxarmağı tələb edib. Sentyabrın 16 -da agentlik tələbi nəzərə almadıqları təqdirdə şirkətləri cərimə ilə hədələyib.

Bundan əlavə, sentyabrın 16 -da Apple və Google -un nümayəndələri dövlətin suverenliyini qorumaq üçün Federasiya Şurasının müvəqqəti komitəsinin iclasına çağırılıb. Daha sonra tətbiq silinib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Navalnının tətbiqinin App Store və Google Play -dən silinməsini alqışladığını deyib.

Seçkilərdə Prezident Vladimir Putinin dəstəklədiyi “Vahid Rusiya” ilə daha çox müxaliflərin dəstək verdiyi “Kommunist Partiyası” arasında rəqabətin olacağı gözlənilir.

Daha öncə isə Kremlin tənqidçisi Aleksey Navalni xalqı taktiki olaraq “Kommunist Partiyası”na səs verməyə çağırıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia