Bazar ertəsi, 23 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Taliban Əfqanıstanda qızların orta məktəbdə təhsil almasını qadağan edib

Taliban Əfqanıstanda qızların orta məktəbdə təhsil almasını qadağan edib

Heratda sinif otağında qız şagirdlər. Foto: Anadolu agentliyi/Getty Images

Əfqanıstan hökuməti orta məktəblərin oğlanlar üçün yenidən açılacağını bəyan edib, amma açıqlamada qızların təhsili barədə heç nə qeyd olunmayıb. Bu barədə məlumatı “The Guardian” yazıb.

Taliban hökumətinin cümə günü verdiyi açıqlamada bildirilib ki, 1 aydan sonra yenidən məktəbə qayıdacaq oğlanlardan fərqli olaraq qızlar evdə oturmalıdır. Təhsil nazirinin açıqlamasına görə, dərslər gələn həftədən 7-12-ci siniflərdə təhsil alan oğlanlar üçün bərpa olunacaq.

Bütün kişi müəllim və şagirdlər təhsil müəssisələrinə getməlidirlər

məlumatda deyilir.

Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra işə çıxmayan qadın müəllimlər və təhsili yarımçıq qalan qızlarla bağlı məsələyə isə ümumiyyətlə toxunulmayıb. Qızların təhsilinə qoyulan qadağa ilə Əfqanıstan dünyada əhalisinin yarısının təhsildən məhrum olduğu yeganə ölkə olub.

Bütün ölkəyə nəzarəti ələ keçirəndən sonra Taliban hökuməti qadınlara qoyulan qadağanı sərtləşdirib. Bu qəbildən görülən tədbirlər çərçivəsində Qadın İşləri Nazirliyinin paytaxt Kabildəki binasını yenidən bərpa olunan Əxlaqsızlığın Qarşısının Alınması və İsmətin Təbliğatı Nazirliyinə verib.

Həmin nazirlik nə iş görür: 1990 -cı illərdə yaradılan bu qurum qadınlara yanında kişi olmadan ictimai yerlərdə gəzməyi, hündürdaban ayaqqabı geyinməyi qadağan edib. Qurum bu qadağaları pozan qadınları döyməkdə ittiham olunur.

Ekspertlər nə deyir: Əfqanıstan Analitiklər Şəbəkəsinin həmtəsisçisi Keyt Klark deyir ki, Talibanın bir göz qırpımında məktəbləri bağlaması qorxusu həmişə olub:

Ya da müəllimlərin döyüləcəyi və ya həbs ediləcəyi qorxusu olub. Bu da baş verdi. Qızlara dərs vermək riskli, müqavimət göstərmək cəsarətli addım idi. Amma bunu həyata keçirmək mümkün deyildi.

Əfqanıstanda vəziyyət necədir: Mütəxəssislər deyir ki, Əfqanıstan iqtisadi çöküşün astanasında olduğu üçün, Taliban hökuməti beynəlxalq aləmdə tanınmağa çalışır və maliyyə axtarışındadır. Təşkilat beynəlxalq ictimaiyyətin qadınlara münasibətinə xüsusi diqqət yetirməli olduğunu başa düşür.

Buna baxmayaraq, Taliban liderləri keçən ay əksər kişi həmkarlarını işə geri çağırsa da qadınların böyük əksəriyyəti işdən azad edilib. Bu qərar qadınıarın təhlükəsizliyinin təmin olunmaması ilə əsaslandırılıb. araq Əfqan qadınlarının əksəriyyətini isə işdən azad edib, lakin səbəb kimi qadınlar üçün təhlükəsizliyin təmin olunmadığını göstəriblər. 1990-cı illərdə olduğu kimi indi də yalnız az sayda qadın səhiyyə və təhsil sahəsində işləməyə davam edir.

Mitchell Qlobal Sülh, Təhlükəsizlik və Ədalət İnstitutunun professoru Maykl Sempl hesab  edir ki, ailəsindəki qadınların təhsil alğmağını istəyən atalar bu qərarla razılaşmayacaq:

Talibanın idarə etməyə çalışdığı əhalinin sayı iki dəfə artıb və 90-cı illərlə müqayisədə gözlənti xeyli yüksəlib. Xalqın bu vəziyyətə etiraz edəcəyini gözləmək olar və bəlkə də Taliban geri çəkilmək, ya da fikir ayrılıqlarını aradan qaldırmaq məcburiyyətində qalacaq.  

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia