Şənbə, 12 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiyada universitetə silahlı hücum olub, nəticədə 6 nəfər ölüb

20 Sentyabr 2021
Rusiyada universitetə silahlı hücum olub, nəticədə 6 nəfər ölüb

Foto: Vecherka.tj/ Rusiyanın Perm universitenin videokamerasından görüntü.

Sentyabrın 20-də Rusiyanın Perm Dövlət Milli Tədqiqat Universitetinə silahlı hücum olub. Hadisəni universitetin tələbəsi, 18 yaşlı Timur Bekmansurovun törətdiyi ehtimal olunur.

Silahlı hücum nəticəsində 6 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Yaralılar hazırda xəstəxanadadır və hadisə yerində 25 həkim qrupunun çalışdığı açıqlanıb.

Daha öncə Rusiya Səhiyyə Nazirliyindən 8 nəfərin öldüyü bildirilsə də biraz əvvəl ümumilikdə 6 nəfərin həlak olduğu qeyd olunub.

İstintaq Komitəsi nə deyir: Rusiya İstintaq Komitəsi şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib və yaralanıb.

Hadisə necə törədilib və Timur Bekmansurov kimdir: Hücum edəm şəxsin 12×76 kalibrli ov tüfəngi “Huglu Atrox Tactic Pump Action”-dan istifadə etdiyi bildirilir.

Həmin universitetin tələbəsi olduğu iddia edilən Timur hücumdan əvvəl sosial şəbəkə hesabında bununla bağlı məlumat paylaşıb. O yazıb ki, bu hücumu uzun müddətdir planlaşdırır və silah almaq üçün 10-cu sinifdən bəri pul yığır. T.Bekmansurov hər hansı radikal təşkilatın üzvü olmadığını və hücumu özünün tək planlaşdırdığını deyib.

Reaksiya: Rusiya prezidenti Vladimir Putin, Perm Dövlət Universitetində atışma nəticəsində ölənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verib.

 Prezident bu faciə nəticəsində yaxınlarını və dostlarını itirənlərə dərin hüznlə başsağlığı verir.

Kremlin sözçüsü bildirib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia