Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 21-də Azərbaycandan göndərilmiş 7 ərizə üzrə qərarını elan edib. Ərizələr birləşdirilərək ümumi bir qərar elan edilib.
Zülfiyyə Əliyeva və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər Səbail rayon sakinləridir. Onların mənzilləri 2011-2012-ci illərdə yol tikintisi zamanı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, sökülüb. Ərizəçilərə hər kvadratmetri üçün 1500 manat (AZN) məbləğində təzminat ödənilib. Lakin onlar ümumi məbləğin 30 faizinə barabər məbləğdə kompensasiyalara əlavəni ala bilməyib.
- Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, mübahisə üzrə milli məhkəmələrin qərarları onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 14-cü maddəsi iıə təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüququna zidd olub.
AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib. Məhkəmə ərizəçilərə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin -mülkiyyət hüququnun pozulmasına qərar verib.
Hökumət ərizəçilərə maddi və mənəvi zərərə görə ümumilikdə 64 min 30 avro təzminat ödəməlidir.