Cümə axşamı, 15 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bələdiyyəyə 259 min manatlıq yeyintiyə görə cinayət işi açılıb

29 Sentyabr 2021
Bələdiyyəyə 259 min manatlıq yeyintiyə görə cinayət işi açılıb

İllustrasiya: Mikroskop Media

Sentyabrın 29-da Baş Prokurorluqdan verilən məlumata görə, Yevlax rayonun Aran bələdiyyəsinin vəzifəli şəxsləri barədə pul vəsaitlərinin mənimsənilməsinə görə cinayət işi başlanıb.

Yeyinti necə baş tutub: Prokurorluğun məlumatına görə, araşdırmalarda bələdiyyənin vəzifəli şəxsləri müxtəlif vasitələrlə pul mənimsəyib:

  • 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınan pul vəsaitlərindən 63 min AZN təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan xərc kimi silinib, 
  • Bələdiynin müxtəlif hüquqi şəxslərə satdığı torpaq sahələrinə görə 109 min manat bələdiyyənin hesabına köçürülməyib.

Rəsmi məlumatda deyilir ki, müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilən vəsaitin ümumi həcmi 259 min manatdır.

Hansı maddə ilə cinayət işi açılıb: Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin “Külli miqdarda mənimsəmə və ya israf etmə” maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia