Çərşənbə, 18 May 2022
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

İran Əliyevə cavab verib: “Təlimlər keçirmək ölkəmizin suveren hüququdur”

29 Sentyabr 2021

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə çərşənbə axşamı açıqladığı bəyanatda Azərbaycanla-İran arasındakı diplomatik münasibətdən bəhs edib.

Səid Xatibzadə İlham Əliyevinin İranın keçirdiyi hərbi təlimlərlə bağlı şərhinə münasibət bildirib.

Nazirliyin sözcüsü deyib ki, Azərbaycan Prezidentinin bu rəyi onlar  üçün gözlənilməz olub.

Çünki ölkələrimiz arasında qarşılıqlı hörmətə dayanan yaxşı qonşuluq münasibətləri mövcuddur və aramızda ən yüksək səviyyədə təmasların həyata keçirilməsi üçün normal kanallar da vardır.

İlham Əliyevin sentyabrın 27-də Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib ki,  İranın Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlər keçirməsi təəccüb doğuran bir məsələdir.

Azərbaycanın 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdı.

Prezident İlham Əliyev

Xatibzadə əlavə edib ki, İran və Azərbaycan xarici işlər nazirləri son zamanlar Nyu -Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində görüşərək  qarşılıqlı narahatlıq doğuran məsələlər ətrafında təfərrüatlı müzakirələr aparıblar.

Nazirliyin sözçüsü həmçinin onu da deyib ki, İranın şimal-qərbində hərbi təlimlər keçirməsi onun ölkəsinin suveren hüququdur.

Qonşuluq münasibətləri  barədə

 Yaxşı qonşuluq münasibətlərinin bütün qonşular tərəfindən nəzərə alınması ən önəmli məsələlərdən biridir.

Səid Xatibzadə

Daha sonra o, bildirib ki, İranın keçirdiyi hərbi təlimlərin ölkənin təhlükəsizlyinə xidmət edir.

Bu bir suverenlik məsələsidir və bütün bölgənin sülh və sabitliyi üçün həyata keçirilir. İranın onun sərhədləri yaxınlığında Sionist rejiminin hətta mərasim xarakterli varlığına dözümlülük göstərməyəcəyi və bu mənada milli təhlükəsizliyi üçün gərəkli olan hər cür tədbirləri keçirəcəyi aşkardır.

İran XİN-in sözçüsü “Sionist rejimi” ifadəsinin təfərrüatlarını açıqlamayıb.

Azərbaycan-İran arasındakı gərginlik

Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb.  Eyvazlı yaşayış məntəqəsində İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb, eləcə də Xankəndiyə yük daşıyan iki iranlı sürücü saxlanıb. Azərbaycan onların ölkə ərazisinə qanunsuz daxil olduqlarını bildirib.

Bu da Tehranla Bakı arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Həmçinin İran ordusunun Arazın o tayında Azərbaycan ordusunun sərhəd boyu işğaldan azad etdiyi ərazilərin tam qarşısında yerləşən Aslandüzdən İran Culfasına uzanan ərazidə hərbi təlimlərə başlaması da gərginliyə səbəb olan amildir.

İran yük maşınlarının Ermənistan üzərindən Qarabağa yollanması ilə bağlı gərginlik fonunda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə ötən həftələrdə  üç gün içində iki dəfə görüşüb.

Sentyabrın 27-də Prezident İlham Əliyev deyib ki, İrana məxsus yük maşınlarının Qarabağa qanunsuz girməsi ilk dəfə baş tutmur.

O vurğulayıb ki, Azərbaycanın bu barədə indiki dəqiqlikdə olmasa da, əvvəllər də məlumatı olub və narazılığını müxtəlif kanallarla İrana çatdırıb.

Prezident  İ. Əliyev həm də onu deyib ki, müharibədən sonra Azərbaycanın Laçın dəhlizi, Xankəndinə gedən yol, Şuşa ətrafı və digər bölgələrə kamera, peyk, dronlarla nəzarət imkanı var və bu vasitələrlə İrana məxsus yük maşınlarının müharibədən sonra da Qarabağa səfər etdiyi müəyyənləşib.

Belə olan halda mən Prezident Administrasiyasının işçilərinə İranın Azərbaycandakı səfiri ilə danışmağı tapşırdım. Biz bunu rəsmi etmək istəmirik. Dostca danışsınlar və buna son qoyulmalı olduğunu desinlər. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır.

.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan